525.Az

Afaq Şıxlının şeirləri


 

Afaq Şıxlının <b style="color:red">şeirləri</b>

 TƏƏSSÜF

 

İnsanları sınamağı sevmirəm,

Amma hərdən qınağıma düşürlər...

Göz üstündə saxladığım dostlarım

Bəbəyimdən yanağıma düşürlər...

 

Yandırırlar yanağımı od kimi,

Hər damlada bir iniltim, bir acım...

Ümidlərə tapındıqca əlacsız,

İtgin düşürdostsözünə inancım...

 

Çəkilirəm öz qınıma yenidən,

Köksüm altda bir dost yeri boşalır.

Düşüncəmdə sovrulduqca küləklər,

Ürəyimdə təəssüflər baş alır...

 

MƏN SƏNİ GÖRƏNDƏ

GÖZƏLLƏŞİRƏM...

 

Sənmənə odunu paylayan ocaq,

Sənqərib ruhuma açılan qucaq.

Məni sənin kimi kim anlayacaq?

Mən səni görəndə gözəlləşirəm!..

 

Göylərdən söz alıb şeir deyəndə,

Salırsan sehrinlə qəlbləri bəndə.

Ayrı vaxt adi bir adamam mən ,

Mən səni görəndə gözəlləşirəm?..

Alsa da dünyamı dünya boyda qəm,

İtir gözlərimdən, itir dərd-ələm;

Günəşi görüncə süslənir aləm,

Mənsəni görəndə gözəlləşirəm...

 

O Vətən, bu da mən... həsrət

 arada!

Bəxtimi görmürəm, Haqqım yarada!

Sən torpaq, mən isə qərib bir ada...

Mən səni görəndə gözəlləşirəm!

Mən səni görəndə gözəlləşirəm!

 

ÜRƏYİMDƏN SƏNƏ VAR...

 

Ürəyimdən sənə var?

Gözünə ki, görünmürəm.

Soruşma ki, yeni var? –

Mən yüz dona bürünmürəm...

 

Ürəyimdən sənə var? –

Sevgim sağdı, yoxsa ölüb?..

Ayrı sevda ara-axtar,

Qəlbini yüz yerə bölüb.

 

Unutdummu sözlərimi

Vədlərimi, – düşünmə heç.

Ağlatdığın gözlərimi

Yada salıb üşünmə heç.

 

Sənsiz çoxmu qayğılarım,

Şəklinləmi danışıram,

Buza dönüb duyğularım,

Yoxsa yanıb alışıram...

 

Həsrətindən yoruldummu,

Dərdimimi gizləyirəm,

Başqasına vuruldummu,

Yoxsa səni gözləyirəm...

 

Qoy bunları tək mən bilim,

Mənimkidir yaşananlar!

İtirdinsə məni, gülüm,

Ürəyimdən sənə var?!

 

SEVGİMİZ

 

Gah ovudub, gah da yorub bizləri

Bir az müdrik, bir az dəli sevgimiz.

Gözləməkdən tutulsa da gözləri,

Verməyibdi əldən əli sevgimiz.

Bir anatək bizi özü doğurub,

Qəlbimizi od-alovdan yoğurub.

Yer üşüdüb, göy isladıb, gün vurub

Qar üstünə ələnəli sevgimiz.     

 

Çox olubdu dağı-daşı aşmağı,

Saflığından yanılmağı, çaşmağı

Unudulmaz təranələr qoşmağı...

Susub indi təranəli sevgimiz.

 

MƏNƏ SÖZ VER...

 

Mənə söz ver...

Mənə söz ver,

o dünyada gəlib məni tapacaqsan!

Mənə söz ver,

o dünyada yalnız mənim olacaqsan

İstəyirəm,

aramızda çay olsun

bir ağac...

İki mənzil arasında özümüzə

bir qapı .

Yorulmuşam sərhədlərdən! –

O üzdə sən, bu üzdə mən...

Gəl yanaşı olaq, gülüm,

Başımı qoy qolun üstə.

Bu dünyanın savabına

O dünyada məni istə...

 

Mənə söz ver,

Mənə söz ver,

o dünyada gəlib məni tapacaqsan!

Qoy inanım!

Mənə söz ver,

sevgilini od-alovun

dillərindən alacaqsan,

Bu dünyada yandıranım!

 

GECƏLƏRİM...

 

Gecələrimyatan baxtım...

Gecələrimyazı vaxtım...

 

Gecələrimdərd yoldaşım,

Gecələrimsəbir daşım.

Gecələrimsirrim, sözüm,

Gecələrimoyaq gözüm.

Gecələrimilham çağım,

Gecələrimfikir dağım.

Gecələrimərşi-yuxum,

Gecələrimşair ruhum!

 

AXI BİZƏ DÜŞÜB ?

 

Bu si

rrdi? İnsanları tanımıram!..

Adamdımı, yoxsa kimdi yanımızda yaşayanlar?

Fikir versəkçoxlarının iki üzü,

çoxlarının min dili var.

Təpəgöz şükürlüdür,

Çoxunun heç gözü yoxdu.

Çuval boyda ağız varkən,

danışmağa sözü yoxdu.

 

Ayaqları fil ayağı

həqiqətin üstdən keçib tapdalayır.

Qarınları harınlıqdan partlayarkən,

neçə insan səfalətdə çabalayır.

İnsafları deşik-deşik,

vicdanları döyənəkdi!

Əl yerinəiki qarmaq,

baş yerinəboş sənəkdi...

 

dəhşətdi!

İstəyirlər

adamların arasında çoxalsınlar...

İstəyirlər adam kimi adamlardan çox olsunlar...

Kim açacaq bunca mənfur varlıqların paxırını?

Belə getsə,

belələri gətirəcək

bu dünyanın axırını!

Dələduzlarİnsanadı

arxasında gizlənərkən,

niyə gərək bu utancdan biz əriyək?

Bir düşünün,

axı bizə düşüb ki, onlara da

adam deyək?

 





26.07.2014    çap et  çap et