525.Az

Mərdliyin profilləri- Con F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri- <b style="color:red">Con F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

Senatda siyasi müdrikliyin ilk görkəmli nümayişlərindən biri, 1795-ci ildə seçilmiş koloritli üsyankar Kentakkidən olan Senator Hamfri Marşallın, Böyük Britaniya ilə fövqəladə qaydada qeyri-populyar olan Cey müqaviləsini bəyənməkdə Prezidentin tərəfini saxladığına görə Senatdakı karyerasına son qoyması idi. Hətta Kentakki federalistləri bu məsələdə Prezident Vaşinqtona müxalif olmağı zəruri saymışdılar, Marşall isə öz seçicilərinə kəskin formada demişdi:

Bu Müqaviləyə olan etirazları düşündükdə, mən dəfələrlə bərkdən  qışqırmağa hazıram: Ey! Fraksiya adamları! Anarxiya dostları! Federal hökumətin düşmənləri onu qəribə surətdə təhrif edənlər! Tələb etməkdə təhrif etməkdə necə səs-küylüsünüz, ağıl mühakimədə necə zəifsiniz, üzə çıxarın bütün arqumentlərinizi!”

Öz səsini müdafiə etmək üçün ştata səfər edərkən Marşall ehtiyatlı tərpənirdi ona daş atılırdı. Bir gecə yarısı kütlə onu açıq bir niyyətlə evindən dartıb çıxartdı ki, yaxındakı çayda batırsın. Suyun kənarında Birləşmiş Ştatlar Senatoru Marşall böyük təmkinlilik yumorla qəzəblənmiş kütləyə dedi:

Mənim dostlarım, bunların hamısı normal bir deyildir. Suya batırılma qaydası köhnə zamanlarda baptist kilsəsi tərəfindən həyata keçirilirdi, baptizmi icra etməmişdən əvvəl namizəddən bunu etmək tələb olunurdu. İndi, qoyulmuş qaydalara proseduralara müvafiq olaraq mən arzu edirəm ki, həmin ibadəti etməyə məni suya batırmaqdan əvvəl icazə verəsiniz”.

Şəhər əhalisinin idarə olunmayan dəstəsi bir qədər əyləndi, həm qorxdu, axı onlardan olduqca az hissəsi Cey Müqaviləsinin olduğunu bilirdi, baxmayaraq ki, onların hamısı inanmışdı ki, Marşall həmin müqaviləni dəstəkləməklə cinayət etmişdirSenatoru kötük üstündə oturdub ona göstəriş verdilər ki, öz mövqeyini izah etsin. Eyni yumor qaydasında başlayan Senator öz işindən hərarətli şəkildə danışdı, bütün düşmənlərini, bura o, qarşısında qoyun kimi duranları da daxil edirdi, zəhərli qaydada söz zərbəsinə məruz qoydu:

Yazıq, cahil məxluqlar çayın sahilinə yığışmışdılar ki, öz şərəfli niyyətlərinə görə, müstəqil rəyimi bildirdiyimə görə məni suda batırsınlar. Bu vətənpərvər qrupun arasında sərxoş qəssab, qoca Con Birnes ən hörmətli adamlardan biri idi”.

Birləşmiş Ştatların Kentakkidən olan təzə Senatorubatırılmadı”, – lakin onun iti dili həm Senatdan könüllü olmayan qaydada çıxmasının qarşısını da ala bilmədi.

Əlbəttə, siyasi mərdlik aktları təkcə Birləşmiş Ştatlar Senatında baş vermirdi. Onlar bərabər qiymətdə cəsarətdə Konqressmenlər, Prezidentlər, Qubernatorlar, hətta siyasi ambitsiyaları olan özəl vətəndaşlar tərəfindən icra edilirdi. Bir ya iki nümunə kifayətdir ki, bu keyfiyyətin heç ya Senat, ya da Vaşinqton, Kolumbiya mahalı tərəfindən inhisara alınmadığını göstərsin.

Senata seçilməmişdən bir çox illər əvvəl Cənubi Karolinadan olan Con K.Kalhoun Nümayəndələr Palatasının üzvü olanda özünün ən böyük igidliyini nümayiş etdirmişdi. 1816- ildə Konqress üzvlərinə işlədiyi günlər üçün (yalnız sessiyalardakı gününə görətərcüməçi) gündəlik ödənilən 6 dollar ildə 1.500 dollara qaldırıldıqda, qəflətən milləti bütün partiyaların üzvlərinin təəccüblü məhkum etmə dalğası bürüdü. Ancaq az sayda üzvlər müqayisəli şəkildə yenidən seçilməyə başlamağa cəsarət etdilər. Kley öz karyerasının yalnız böyük intensivliyi hesabına məğlubiyyətdən güclə qaça bildi. Kalhounun ən sədaqətli tərəfdarları mübahisə edirdilər ki, gənc Konqressmen ictimai bəyanatı ilə vəd etdi ki, əgər seçicilər onu yalnız bağışlasalar yenidən seçsələr, həmin qanunun ləğv edilməsinə səs verəcəkdir. Lakin Kalhoun bir dəfə öz dostuna demişdi ki, “mən qərar verəndə heç bir adamın gücü çatmazdı ki, məni fikrimdən daşındırsın”, o, geriyə dönməyəcəkdir. Əlbəttə, o, güman edirdi ki, yəqin ki, 1500 dolların özü çox azdır.

Aldığı dəstək hesabına bəraət qazanmaqla Konqressə dönən (Cənubi Karolinadan olan kolleqalarının əksəriyyətinin yenidən seçilməkdə məğlubiyyətə uğramasına baxmayaraq) Kalhoun Nümayəndələr Palatasının zalında praktiki olaraq tək qalmışdı, yeni köhnə palata üzvləri qanunu ləğv etmək üçün bir yerə yığışırdılar. Lakin Kalhoun yox:

Palata onun ən yaxşı mühakiməsinin diqtələrinə müvafiq olaraq məsələni həll etmək üçün sərbəst idi. Populyar olanı etmək üçün biz bütün səbəblərlə bağlı idikmi? Bu ölkənin xalqı həmin orqanın əlindən müzakirə səlahiyyətini almalı idimi? Qoy centlmenlər zamanın yerin adını desinlər ki, orada xalq yığışacaq bu məsələni müzakirə edəcəkdir. Oh, yox! Onlar yaza bilirlər, şifahi söz təlimatlarına malik deyillər. Qanun populyar deyildir onlar onu öz vicdanlarının ağıllarının əleyhinə ləğv etməyə məhkumdurlar. Əgər bu həqiqətdirsə, necə siyasi səhvdir. Bir dəfə çoxluğun səsi ilə qəbul olunmuşdursa, onu necə düzəltmək olar?”

Birləşmiş Ştatlar Prezidenti elə bir subyekt deyildir ki, Senator kimi siyasi mərdliyin sınağına bütöv qiymət versin. Onun seçiciləri sektsional deyillər, onun bir qrup ya sektsiya ilə populyarlıqda uduzmaları bir məsələdən yarandığı kimi, digərlərindən isə onun uduşları gəlirdi onun qüvvəsi nüfuzu normal qaydada, Senatorun özünə caiz bilmədiyi halda, böyük siyasi təhlükəsizliyi idarə edirdi. Lakin bir nümunə göstərir ki, hətta Prezident seçicilərin xüsusi maraqların təzyiqini hiss edir.

Prezident Corc Vaşinqton Böyük Britaniya ilə bağlanan Cey Müqaviləsini müdafiə edirdi ki, bizim gənc milləti sağ qala bilməyəcəyi müharibədən xilas etsin, həm bilirdi ki, bu vuruşmaya hazır olan xalq arasında fövqəladə şəkildə qeyri-populyar olacaqdır. Tom Peyn Prezidentə demişdi ki, o, “özəl dostluqda xəyanətkardır ictimai həyatda ikiüzlüdür... dünya qərara gəlməkdə müəmmalı vəziyyətdə qalacaqdır ki, sən dönüksən ya yalançısan; sən ya yaxşı prinsipləri tərk etməlisən yaxud heç vaxt onlara malik olmamalısan”. Acı bir hiddətlə Vaşinqton dedi: “Mən Prezident olmaqdansa, daha yaxşı olardı ki, qəbirdə olum”; Ceffersona yazırdı ki:

Mən Amerikanın düşməni olmaqda xarici ölkənin təsirinin subyekti kimi ittiham olunuram... mənim administrasiyamın hər bir hərəkəti işgəncəyə məruz qalır. Belə şişirdilmiş ədəbsiz şərait bəlkə heç Nerona (b.e. 54-68-ci illərində Roma imperatoru olmuş, quduz iyrənc hərəkətləri ilə məşhurlaşmış özünü öldürməyə məcbur edilmişditərcüməçi) da iyrənc qüsura yol verəndə ya hətta adi cib oğrusuna da tətbiq olunmazdı”.

Lakin o, möhkəm dayanmışdı.

Bu qiymətləndirilir, Senat barədəki bu kitabda bir seçilmiş nümunə ilə bütün Qubernatorlar arasında bir nəfər var idi ki, o, siyasi mərdlik göstərərək, elə adamı seçmişdi ki, Qubernatorun özü kimi onun mərd əməlləri, onun Senata çatmaq barədəki ambitsiyasının həyata keçməsinin qarşısını almışdı. And altında verilən yazılı məlumatların məhkəmə sənədlərinin nəhəng topasını nəzərdən keçirdikdən sonra İllinoysun Qubernatoru Con Piter Altceld bunlar vasitəsilə inandırıldı ki, səhv mühakiməyə kifayət qaydada olmayan sübutlara görə 1886- ildə Çikaqonun məşhur Haymarket meydanında bomba partlaması nəticəsində qətl ittihamına görə üç müttəhim cəzaya məhkum edilmişdir, ancaq hələ hökmə görə onlar dar ağacından asılmamışdılar. Demokratik liderlər onu xəbərdar etmişdilər ki, əgər o, hələ Senata tərəf baxırsa (yəni Senata seçilmək istəyirsətərcüməçi), bu hökmə məhkum olanları unutmalıdır. Bu vaxt Altceld cavab vermişdi ki, “heç kəsin ambitsiyası ona ədalətin sadə aktının icra edilməsi yolunda dayanmaq hüququ vermir”; ştatın Demokratik sədri ondan soruşulduqda cavab verdi ki, əgər onun (Qubernatoruntərcüməçi) on səkkiz minlik sözdən ibarət bağışlamaq barədəki sənədiyaxşı siyasətdirsə”, o, şimşək kimi çaxdı ki, “bu düzgündür”.

Bu hərəkətinə görə Qubernatorun portreti yandırıldı, paradlar Akt günü kimi adəti mərasimlərdən xaric edildi, mətbuatda ona hər günanarxist”, “sosialist”, “qatilin apologetiqanunsuzluğa təhrik edənepitetləri ilə hücum edilirdi. 1896- ildə yenidən seçilməkdə məğlub olub, hətta öz varisinin inauqurasiyasında adəti əlvida müraciəti etmək hüququndan da imtina etdi (İllinoys belə anarxistə kifayət dərəcədə malik olmuşdur). Con Piter Altceld özəl həyata qayıtdı altı il sonra sakitcə öldü. O, Vaxel Lindseyin məşhurUnudulmaz qartaladlı şeirində bu titula layiq görüldü:

Sakit uyu,... unudulmuş qartal...

altında daşın

Səninlə orda öz yoluna malikdir zaman

həm öz yolu var ....

Ey igid ürəkli, müdrik insan yat

yanan alovun üstündə

Bəşəriyyətdə yaşamaq çox uzaqdır

adda yaşamaqdan

Bəşəriyyətdə yaşamaq çox, çox uzaqdır...

adda yaşamaqdan.

Çarlz Evans Hyuz 1920-ci ildə Konqressmen, Qubernator deyildilakin o, ölkədə ən görkəmli vəkil, keçmiş Qubernator, Ali Məhkəmənin hakimi Prezidentliyə namizəd olmuşdu gələcək ictimai vəzifəni fəal surətdə gözləməkdə idi. (O, qısa müddətdə Dövlət katibi Baş hakim olmuşdu). Lakin beş sosialistqanuni tanınmış partiya tərəfində vaxtında seçilən üzvlərəsasən öz qeyri-populyar baxışlarına görə Nyu-York ştatının Assambleyasındakı tutduqları yerlərdən imtina etmişdilər, Hyuz öz təmsilçilərini seçmək üçün olan ictimai hüquqa göstərilən zorakılıq hərəkətinə etiraz etdiyinə görə öz mövqeyini populyarlığını riskə qoydu. Nyu-York Vəkillər Assosiasiyasında klassik vuruşdan sonra xüsusi Assosiasiya komitəsini ələ keçirməyə müvəffəq olmuşdu, bir sədr kimi baxışlarından şəxsən zəhləsi getdiyi sosialistləri Qanunvericilik qarşısında müdafiə etmişdi.

Hyuz şəxsən orada görünmək hüququndan imtina etməklə qısa mətnli məktublarında israr edirdi ki, “əgər çoxluq azlığın hamısını ya bir hissəsini siyasi baxışlarının onlar üçün zərərli olduğu kimi göründüyünə görə xaric etsələr, onda azad hökumət öz sonluğundadır”. Onun arqumentləri Nyu-York Qanunvericiliyinə açıq şəkildə çox az təsir göstərdi, axırıncı seçilmiş sosialistləri qovdu onların partiyasını qanundan kənar elan etdi. Lakin çoxları inanırdı ki, Çarlz Evans Hyuzun fərqli səslənən səsi tək qalmağa yaxın olsa da, o, heç vaxt qorxmadı Qubernator Al Smit tərəfindən Qanunvericiliyin məktəblərdə radikalizmə nəzarət etmək barədəki tədbirlərinə mərdliklə veto qoyması bu düşüncədə millətin qalxmasının həlledici faktorları oldu.

Amerikan siyasi mərdliyinin bizim əhvalatlara yaxın olanlarını biz igidlik hərəkəti adlandırmaqla, millətimizin əsasının qoyulmasından əvvəllər baş verdiyini tapa bilərik onlar bütün sonra gələnlər üçün bir standart qoydular. 1770-ci ilin 5 mart gecəsi, Bostonun Ştat küçəsində Britaniya qarovulçuları təhqiramiz qaydanı pozan camaata hücumla atəş açanda, Massaçusetsdən olan Con Adams artıq kolonistlərin dərdlərinə Britaniyanın laqeyd qalmasına qarşı protestlərin lideri idi. Ancaq icmada tanınmış vəkil idi sonrakı seçkidə Baş Məhkəməyə namizəd idi. Beləliklə, hətta o, bütün bostonlularınBoston qırğınıtək adlandırdıqları tükürpədici qəzəb hissinə qoşulmadı, özünü sakit saxlamaqla o, əlbəttə ki, daha çox fayda verəcəkdi.

(Ardı var)

 





26.07.2014    çap et  çap et