525.Az

Azərbaycan-Fransa əməkdaşlığı: Tarix və müasirlik


 

Azərbaycan-Fransa əməkdaşlığı: <b style="color:red">Tarix və müasirlik</b>

Rövşən RAQİFOĞLU
fəlsəfə doktoru
 

İyulun 8- Fransanın Kann şəhərində Azərbaycan günlərinə start verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirlər proqramı AzərbaycanFransa əməkdaşlığının daha da inkişafına zəngin tarixə malik ikitərəfli münasibətlərin müasir dövrdə uğurla davam etdirilməsinə geniş zəmin yaradır. “Azərbaycan ənənələr gələcək ölkəsişüarı altında keçirilən tədbirlər iyulun 31- kimi davam edəcək. Bu müddət ərzində Fransa ictimaiyyəti ölkəmizin tarixi, adətənənəsi, mədəniyyəti, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rolu barədə ətraflı məlumat əldə edəcək. Həmin məlumatlar isə yalnız təbliğatçılıq baxımından deyil, Azərbaycanın Qərbi Avropanın əsas ölkələrindən sayılan Fransada tam yeni daha müasir formatda tanıdılması, ölkə olaraq istər siyasi, iqtisadi, sosial, istərsə mədəniyyət idman sahələrində mövcud imkanlarının, təşkilatçılıq bacarığının nümayiş etdirilməsi baxımından önəmlidir. Qeyd olunanlar müstəqil Azərbaycan Respublikasının nüfuzunun beynəlxalq müstəvidə daha da artırılması ilə yanaşı, Fransada yaşayan soydaşlarımızın fəaliyyətini təkmilləşdirmək, ideoji təbliğatçılıq işi istiqamətində onlara bir dövlət olaraq yaxından kömək göstərmək mənasında mühüm önəm kəsb edir. Bu isə hazırkı dönəmdə olduqca vacib daha çox gələcəyə istiqamətlənmiş bir addımdır.

Azərbaycan Fransa arasında əlaqələrin kökü isə XII-XIV əsrlərə təsadüf edir. Tarixi mənbələrə əsasən söyləmək olar ki, məhz həmin dövrlərdə iki xalq arasında siyasiticarət əlaqələri mövcud olmuş, bu əlaqələr pərakəndə qeyri müntəzəm xarakter daşısa da, zamanzaman yüksələn xətt üzrə inkişaf etmişdir. XIX əsrin əvvəllərində isə ikitərəfli münasibətlər mədəni sferada da özünü göstərdi. Bunun da məntiqi davamı kimi, Fransa mətbuatında Azərbaycanla bağlı yazılar yer aldı. Həmin materialların əksəriyyətinin müəllifi dünya şöhrətli yazıçı Aleksandr Düma dövrünün görkəmli şəxsiyyətlərindən, ictimai-siyasi xadimlərindən olan jurnalist Əhməd bəy Ağaoğludur. Ədəbiyyat sahəsində isə mövcud əlaqələri Mirzə Fətəli Axundov Abbasqulu ağa Bakıxanov kimi ədiblərimiz davam etdiriblər.    

Siyasi əlaqələrə gəlincə xüsusi olaraq qeyd olunmalıdır ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ilk dəfə beynəlxalq ictimaiyyət tərəfindən Parisdə tanınıb. Məhz həmin tarixi hadisədən sonra, iki dövlət arasında münasibətlər artıq daha geniş şəkildə, beynəlxalq əlaqələr qarşılıqlı maraqlar müstəvisində quruldu. Təsadüfi deyil ki, ölkədə elm təhsilin inkişafına çalışan Cümhuriyyət hökuməti xaricə göndərdiyi tələbələrin böyük əksəriyyətini (100 azərbaycanlı gəncdən 45-i) Fransaya ezam etdi. Həmçinin yeni qurulmiş dövlətin ötən əsrin 20-ci illərində xaricdə fəaliyyət göstərən diplomatik nümayəndə heyətlərindən biri məhz bu ölkədə olub.    

Əməkdaşlığın yüksələn xətt üzrə inkişafı, azərbaycanlıların Fransa ictimaiyyəti arasında artan nüfuzu soydaşlarımızın həmin illərdə bu ölkədə aktiv ictimai-siyasi, mədəni fəaliyyətinə geniş zəmin yaratdı. O dövrdə Fransada məşhur olan soydaşlarımızdan Andre Osseyn (Əmənulla Hüseynzadə), Rober Osseyn (Rüstəm Hüseynzadə), Bani (Ümbülbanü Abdullayeva), Səlim Turan, Ceyhun Hacıbəyli, Timuçin Hacıbəyli, Ağaqasım Qasımzadə, Əkbərağa Şeyxülislamov, A.Fətəlibəyli, Miryaqub Mirmehdiyev başqalarını göstərmək olar. Uzun illər məhz Fransada ölkəmizi yüksək tribunalardan təmsil edən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri, o cümlədən Əlimərdan bəy Topçubaşov Cümhuriyyətin dağılmasından sonra Vətənə qayıda bilməmiş, bu ölkədə qalmağa məcbur olublar.  

3 yanvar 1992-ci ildə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanıdı 21 fevral 1992-ci ildə onunla diplomatik münasibətlər qurdu. Ümummilli lider Heydər Əliyevin xaricə ilk rəsmi səfəri 19-22 dekabr 1993- ildə məhz Fransaya oldu. Həmin səfər yalnız qarşılıqlı əlaqələrin qurulması baxımından deyil, Azərbaycanın Avropaya inteqrasiyası, qazanılmış kövrək müstəqiliyin davamlı möhkəm olması baxımından önəmli idi. İstər həmin il, istərsə 13-15 yanvar 1997-ci ildə baş tutan səfərdə ümummilli lider Azərbaycan Respublikasının maraqlarını, beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasi fəaliyyət strategiyası, tarixi keçmişimiz, adətənənələrimiz, xalqımızın başına gətirilən faciələr barədə ətraflı məlumat vermiş, dünya dövlətlərini, o cümlədən Avropanı baş verənlərə biganə qalmamağa çağırmışdı. Səfərin digər önəmli tərəfi isə ondan ibarətdir ki, fəaliyyətinin ilk günündən diaspor siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmış H. Əliyev Fransada olduğu müddət ərzində bu ölkədə yaşayan soydaşlarımızla görüşmüş, onları milli azərbaycançılıq ideyası, mənəvi dəyərlər ümummilli prinsiplər ətrafında mübarizəyə səsləmişdir: “Fransanın 60 milyon əhalisi var, onun 300 mini ermənidir. Prezident Jak Şirak mənimlə söhbətində dedi ki, Fransada 5 milyon müsəlman yaşayır. Sözsüz ki, o, müsəlman deyəndə ərəbləri, türkləri, farsları, azərbaycanlıları s. nəzərdə tutur. Amma həmin müsəlmanların Fransanın siyasi həyatına elə bir təsiri yoxdur. Ancaq 300 min erməni Fransanın siyasətinə təsir edə bilir”.

İki ölkə arasında qurulmuş diplomatik əlaqələr, münasibətlərin inkişaf dinamikası bu gün uğurla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkə başçısı kimi xaricə ilk rəsmi səfərini 2004- ilin yanvar ayında Fransaya etdi. Həmin səfər Fransa ilə əlaqələrin yeni müstəvidə qurulması, ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Qısa müddət ərzində görülən tədbirlər, həyata keçirilən çoxşaxəli fəaliyyət proqramına Prezident İlham Əliyev 2012-ci ilin sentyabrında Fransaya növbəti səfəri zamanı xüsusilə toxunub: “Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mədəniyyət ocağında görüşürük dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəmPlaisirs de Francesərgisi keçirilmişdir. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib Mehriban ƏliyevanıFəxri Legionordeni ilə təltif etmişdir”.

Atılan addımlar, iki dövlət arasında qurulan sağlam münasibətlər diaspor sahəsinə təsirsiz ötüşmədi. Qeyd etdiyimiz kimi, məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi möhkəm təməllərə söykənən diaspor siyasəti artıq real nəticələr verməkdədir. Təxmini hesablamalara görə Fransada 200 minə yaxın azərbaycanlı yaşayır. Bu ölkədə yaradılan cəmiyyət ictimai birliklərin sayı isə əksər statistik mənbələrdə 200-dən çox göstərilir. Onlardan xüsusi aktivliyi ilə seçilənAzərbaycan Mədəniyyətini Sivilizasiyasını Öyrənən Mərkəzi, “Azərbaycan Kültür Cəmiyyətini, “Fransa-Azərbaycan Kültür Cəmiyyətini, “Azərbaycan evini, “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətini s. qeyd etmək olar.

Lakin müxtəlif illərdə təşkil olunan tədbirlərə, təbliğat xarakterli görüşlərə baxmayaraq, etiraf olunmalıdır ki, həmin cəmiyyətlərin fəaliyyəti müasir dövrün tələbləri ilə yanaşdıqda arzuolunan səviyyədə deyil. Bir çox halda ümumi işdə diqqəti cəlb edən pərakəndəlik, həmçinin təşkilatçılıq işinin zəif şəkildə aparılması həmin birliklərin təsir gücünü, beynəlxalq münasibətlər sistemində cərəyan edən hadisələrə cəld kəskin reaksiyasını minimuma endirir.

Digər səbəb, ideoloji işin, təbliğatçılıq siyasətinin uğurla aparılması üçün əsas silahlardan sayılan diaspor mətbu orqanlarımızın Fransada azlığıdır. Bir zamanlar mühacir soydaşlarımızAzərbaycan” (1926), “PROMETNEE” (Prometey, 1926), “Qafqaz” (1935) s. kimi dərgilərdə öz sözlərini deyirdilərsə, bu gün həmin meydan demək olar ki, yox səviyyəsindədir. Fransada Azərbaycan diasporunun yalnızKörpüjurnalı fəaliyyət göstərir. Azərbaycan fransız dillərində çıxan həmin dərginin ilk sayı 2005-ci ildə Türkiyədə işıq üzü görüb. JurnalAzərbaycan-Fransa Gənclik Assosiasiyasının orqanıdır. Lakin maliyyə problemi üzündən dərgi çox az sayda fasilələrlə oxucuların görüşünə gəlir. Jurnalda əsasən milli mədəniyyətimizi, tariximizi əks etdirən, eləcə turizmə aid olan Fransada təhsil alan azərbaycanlı tələbələrin uğurlarından söz açan məqalələr dərc olunur.

Bundan əlavə, Sovetlər dönəmində diaspor quruculuğu sahəsində yaşanan boşluqlar, Avropada, o cümlədən Fransada soydaşlarımızın diqqət qayğıdan kənar qalması da bu istiqamətdə ciddi problemlərin çatışmazlıqların ortaya çıxması ilə nəticələndi. Bu gün Azərbaycan diasporundan danışarkən qeyd olunan həlli vacib problemlər Fransadakı soydaşlarımızın digər ölkələrin diaspor təşkilatları ilə müqayisədə nəzərəçarpacaq dərəcədə geri qalması da məhz həmin illər bu sahədə yol verilən boşluqlardan qaynaqlanır.

Odur ki, müasir dövrdə Azərbaycan diasporunun Fransa cəmiyyətinə inteqrasiyası yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq tempi ilə ayaqlaşması üçün bu sahəyə diqqəti artırmaq, mövcud problemləri ətraflı müzakirə etmək çox önəmlidir. Bunun üçün soydaşlarımızı narahat edən problemlərin həlli ən əsası diaspor mətbu orqanların sayının artırılması da olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, Fransada Azərbaycan diasporunun fəaliyyətinin daha da formalaşması bu ölkədə erməni amilinin ermənipərəst mövqeyin bir qədər zəifləməsinə, eləcə uzun illər ermənilərin yalan iftira dolu bəyanatları iləmaariflənmişFransa ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə daha düzgün, obyektiv məlumat əldə etməsinə səbəb olar.

Bu gün tam əminliklə söyləmək olar ki, erməni diasporunun Fransada hegemonluğu tədricən zəifləmək üzrədir. Azərbaycanın müstəqillik əldə etməsilə bu ölkədə yaşayan soydaşlarımızın fəallaşması yeni mübarizənin, informasiya təbliğat savaşının əsasını qoymuş oldu. FransaAzərbaycan münasibətlərinin dövlət başçıları səviyyəsində daha sıx qarşılıqlı maraqlar müstəvisində qurulması, bu ölkədə cəmiyyət birliklərimizin yaradılması isə həmin mübarizənin daha effektli, daha məqsədyönlü aparılmasına zəmin yaradır.

Proses bu gün uğurla davam edir. Fransada Azərbaycan günlərinin təşkili, müstəqil Azərbaycan Respublikasının təbliği ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı gələcəyə ümidlə baxmağa əsas verir. Önəmli məqamlardan biri odur ki, Heydər Əliyev Fondu bu günədək milli adətlərimizin, tariximizin, zəngin mədəniyyətimizin, bir sözlə azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Fransa ilə yanaşı, İtaliya, Almaniya, Yunanıstan Rusiyada da analoji tədbirlər təşkil edib. Atılan addımlar isə ölkələr xalqlar arasında əlaqələrin qurulması, həmçinin milli lider Heydər Əliyevin xüsusi önəm verdiyi milli birlik, milli həmrəylik ideyalarının yaşadılması, dünya azərbaycanlılarının vahid Vətən azərbaycançılıq ideologiyası ətrafında birləşməsi baxımından önəmlidir.

 





26.07.2014    çap et  çap et