525.Az

Hərbi şəhərcikdə yanğın baş verib, yaralı var


 

Hərbi şəhərcikdə yanğın baş verib, yaralı var<b style="color:red"></b>

Azərbaycanda hərbi şəhərcikdə qəza baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Zirədə yerləşən şəhərciyində qeydə alınıb.

Ordunun leytenantı Xudatov Arif Yusif oğlu yaşadığı yerdə qəza nəticəsində baş verən yanğın zamanı bədən xəsarətləri alıb. Zabit Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Bildirib ki, hazırda zabitin vəziyyəti stabil ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qəza zamanı yanıq xəsarətləri alan zabit A. Xudatov Gəncə şəhərindən xidmətə çağırılıb.

 





02.11.2012    çap et  çap et