525.Az

Bali – Yer üzünün cənnəti, yaxud sevgi adası


 

Bali – Yer üzünün cənnəti, yaxud sevgi adası<b style="color:red"></b>

(davamı)  

Dünyanın ən gözəl əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipelaqına daxil olan, Yava Lombok adaları arasında yerləşən Balinin ərazisi 5561 kvadrat kilometrdir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır ona görə turistlərin diqqətini daim özünə cəlb edir. Ölkə isti nəmli təbiətə məxsusdu. Yaz,yay aylarına temperatur 27-35, qışda isə 18-25 dərəcə arasında dəyişir. İlin bütün aylarında yağış yağır. Yaya aylarında isə yağış havaya xüsusi sərinlik verir. Ümumiyyətlə, adanın fərqli istiqamətlərində fərqli hava ilə rastlaşmaq mümkündür. Məsələn, oteldən çıxırsan isti, yağışsız hava, adanın digər istiqamətinə gedirsən sərin, hətta soyuq, yağışlı hava islə qarşılaşırsan. Dəyişkən hava insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

Safari parkda  

Baliyə gedib, Safari parkını gəzməmək günah olardı. Safari park adaya gələn hər bir turistin mütləq baş çəkməli olduğu məkanlardan biridir. Buranı gəzmək üçün biletə 55 dollar ödəmək lazımdır, əvəzində isə çox maraqlı, yaddaqalan  təəssüratlar qazanırsan. Safari park qalın meşəlikdə, cəngəllikdə yerləşir.

Ərazini turistlər xüsusi nəqliyyat vasitəsi olan Safari ekskursiya avtobusu ilə gəzirlər. Əvvəl müxtəlif növ balıqların olduğu ərazini seyr edib, sonra heyvan parkına daxl olursan.  Heyvanları  elə avtobusla gəzinti zamanı  yaxından seyr edib, foto, video çəkmək mümkündür.  Onu da qeyd edək ki, Safari park dünyanın ən maraqlı turistik yerlərindən biri hesab olunur. Parkda şir, pələng, ayı, bəbir, aslan, fil, begamont, gərgədan, orangutan digər heyvanlar saxlanılır. Bu vəhşi heyvanlar  zəif heyvanlara zərər gətirməsinlər  deyə meşəlikdə təcrid olunmuş şəraitdədirlər. Heyvanlara xüsusi qulluq edilir, onlar gündə bir neçə dəfə qidalandırılırlar. Onu da deyək ki, cəngəllikdə turist avtobusunun hərəkəti üçün xüsusi yollar salınıb, amma buna rəğmən gəzinti zamanı avtobus suyun içindən, nahamar yollardan da keçməli olurParkda möhtəşəm teatr məkanında isə əfsanələr əsasında hazırlanmış tamaşa təqdim olunur. Parkı gəzdikdən sonra burada istirahət üçün məkanlar var.  Eyni zamanda suvenerlərin, üzərində Balinin görüntülərini əks etdirən köynəklər, digər maraqlı əşyaların satıldığı mağazalara da baş çəkə bilərsiniz.

Hər birimiz hansı məqsədlə xarici ölkələrə səfər etməyimizdən asılı olmayaraq, geri  dönərkən mütləq həmin ölkəyə məxsus suvenerləri özümüzlə gətiririk. Bu, hər zaman həmin məkan barədə xatirələrimizi yaşadır. Həm istirahət, həm alış-veriş həvəskarları Balidə arzularını eyni vaxtda həyata keçirə biləcəklər. Çünki adada çoxsaylı ticarət mərkəzləri var. Bu ticarət mərkəzləri səhərdən axşama kimi insanlarla dolu olur. Ticarət mərkəzlərində Bali ənənələrini, tarixini, ümumi görüntüsünü, mənzərələrini əks etdirən çox maraqlı suvenerlər, müalicəvi   ot bitkiləri, təbii tərkibli spa məhsulları, ekzotik meyvə quruları, bir sözlə, arı südündən can dərmanına kimi hər şey ala bilərsiniz. Həmçinin İndoneziyada məşhur olan batik sənətinin nümunələri turistlərin maraq göstərdikləri məhsullar sırasındadır. Onu da qeyd edim ki, batik çox qədim sənət növlərindən biridir. Batikxüsusi tərkiblərdən istifadə etməklə parça üzərində əl ilə çəkilən şəkil mənasını verir. İpək, pambıq, yun sintetik parça üzərinə parçanın materialına uyğun olan boya ilə çəkilir. Bu sənət növünün İndoneziyada meydana gəldiyi bildirilir. Batiklərin olduğu müxtəlif cür geyimlər, parçalar, şarflar, pul qabları, örtüklərin geniş çeşidinə Balidə ticarət mərkəzlərində rast gəlinir.  Ölkənin pul vahidi rupidir. Dollarla alış-veriş etmək mümkün deyil. Ona görə pulu mütləq rupiyə dəyişmək lazımdır. Amma bunun üçün qarşınıza çıxan istənilən pul dəyişmə məntəqəsinə müraciət etmək məsləhət deyil, əks halda aldadıla bilərsiniz. Ən yaxşı halda bələdçilərdən soruşmaq, yaxud elə hava limanında, otellərdə pulunuzu rupiyə çevirə bilərsiniz.

 Bali-aktiv istirahət sevənlərin məkanı  

Onu xüsusi vurğulamaq lazımdır ki, Bali aktiv istirahəti sevənlər üçün əla məkandır. Amma passiv istirahətsevənlər adanın imkanlarından yetərincə istifadə edə bilərlər. Burada Hind okeanı sahilindəki çimərliklərdə üzüb, okean kənarında günəşlənib, paraşütdən tullanıb, “bananqayığında gəzməklə çox böyük zövq alacaqsınız.

Dünyada məşhur olan Bali masajından da istifadə etmək məsləhətdir. Elə çimərliklərdə masaj xidməti göstərən xanımlarla qarşılaşmaq mümkündür. Burada onlar masaj üçün 20-30 dollar istəyirlər. Amma daha keyfiyyətli masaj istəyirsinizsə, o zaman həm qaldığınız otelə, həm salonlara müraciət etmək olar. Otellərdə masaj bir saat üçün 40-50 dollardan başlayır.  Otellərin əksəriyyəti Hind okeanının kənarlarında yerləşdiyindən, xüsusi çimərliyə getməyə ehtiyac qalmır. Həm otellərin həyətində bir neçə hovuzlar da var. Lakin çox küləkli havada, dalğalar güclü olduğu zaman okeana girmək məsləhət görülmür.

sonda  

Bali təəssüratlarım yalnız bunlardan ibarət deyil. Amma qeyd etdiyim kimi insanın canlı təəssüratlarının əvəzi yoxdur. Oxumaq, eşitmək bir yana, görmək bir yana.

Baliyə səfər etmək arzusunda olanlar, bizə bu imkanı yaradan Qətər Hava Yolları sizlərə bu imkanı yaradır. Yol çox uzun görünə bilər,amma həm Qətər Hava Yolları ilə uçuş, üstəgəl əsrarəngsiz adanı görmək həyəcanı yolunuzu çox qısa rahat edəcək. Onu da xatırladım ki,   Dohada yeni Beynəlxalq Hava LimanıHəməd Beynəlxalq Hava Limanı cari ilin may ayından etibarən təyyarə reysləri həyata keçirir.  İldə 50 milyondan artıq sərnişinə xidmət etmək üçün nəzərdə tutulmuş 17 milyard dollar büdcəsi olan bu obyektin tikintisi cəmi 9 il davam edib. Hava limanı sərnişinləri ilk baxışdan heyran edir, Həməd Beynəlxalq Hava Limanından keçməklə tranzitlə səyahət edən sərnişinlər 600 min  kvadrat metr sahəni əhatə edən əsl incəsənət əsərini görmək kimi çox gözəl imkana malikdirlər. Burdakı  qeyri-adi gözəllik, mağaza restoranlar, əyləncə mərkəzləri, o cümlədən internet bağlantısı olan kompyuter güşələri, uşaq oyun meydançaları digər saysız-hesabsız imkanları ilə təəssüratları həqiqətən unudulmaz edir. Xidmət personalı isə sərnişinlərə, o cümlədən uşaqlara  xüsusi yanaşmaları ilə seçilirlər. Hazırda inkişaf tempinə görə Qətər Hava Yolları dünyanın ən sürətlə böyüyüb artan hava yollarından biridir.

Bir ki, Baliyə yolunuz düşsə, bəzən yollarda təhlükəsizlik qurumları tərəfindən yoxlamanın aparılmasına təəccüblənməyin. Bu, adanın səyahət üçün təhlükəli olması anlamına gəlməməlidir. Balidə turistlərin təhlükəsizliyi, rahatlığı üçün kifayət qədər şərait yaradılıb. Burada özünü heç yad yerdə hesab etmirsən. Sadəcə olaraq 2002-ci ildə radikal İslam qruplaşması tərəfindən adada terror aktı törədilib.Terror aktı zamanı 202 nəfər həlak olub ki, qurbanların da 88 nəfəri avstraliyalı olub. Təhlükəsizlik qüvvələrinin apardığı yoxlamalar da məhz bu cür hadisələrin bir daha təkrarlanmaması ilə bağlıdır. Bali həm mənim  yaddaşıma gülərüz, qonaqpərvər, zəhmətkeş  insanları ilə qaldı.Hər kəsə Yer üzünün cənnəti, yaxud xoşbəxtlik, sevgi adası adlandırılan Balini görməyi arzu edirəm.

Pərvanə Sultanova

Bakı-Bali-Bakı

 





26.07.2014    çap et  çap et