525.Az

Sizi unutmayacağıq, Arif müəllim!...


 

Sizi unutmayacağıq, Arif müəllim!...<b style="color:red"></b>

Mehman HƏSƏN 

Arif müəllimlə tanışlığımız mən ali məktəbin bakalavr pilləsində olarkən başladı. Onun çox maraqlı mühazirələri olurdu. Tələbələrin Ziya Göyalp, Nazim Hikmət, Orxan Pamuk digər türk sənətkarları ilə bağlı bir-birinə tamamilə zidd mövqeləri  var idi. Tez-tez bu mövzularda nəticəsiz mübahisələrimiz düşürdü. Arif müəllimin həmin şəxsiyyətlərlə bağlı mühazirələri isə bizim ziddiyyətli fikirlərimizi bir nöqtədə birləşdirirdi. Hamı onunla razılaşırdı, ondan sitat gətirirdi. Onu çox sevirdik. Uca səslə dediyi mühazirələrini kimi dəftərə yazır, kimi telefonunun diktofonuna qeyd edirdi. Bir dəfə Ziya Göyalpla bağlı mühazirəsindən sonra sayıqlığımı yoxladı. SeminardaTürkçülük, Ziya Göyalpa görə, deməkdir?” sualını vermişdi. Mən isə: “Türkçülük türk millətini yüksəltməkdir” –  deyərək dərhal cavab vermişdim. Seminarda maraqlı xüsusiyyəti var idi Arif müəllimin. Dərsi soruşanda iki cümlədən sonra saxlayardı: “Qiymətin hazırdı, indi keç mövzuya”, – deyərdi. Daha çox mövzuyla bağlı düşündüyümüz, necə anladığımız maraqlı idi ona.

Arif müəllim mənimlə birlikdə minlərlə tələbəyəTürk Xalqları Ədəbiyyatıfənnini sevdirmişdi. Bizə görə, türk xalqları ədəbiyyatı Arif müəllimin fikirlərindən ibarət idi. Bu sevdayla da magistraturaya hazırlaşdım. Bakalavrda ixtisasıma bir o qədər marağım yox idi. Amma Arif müəllim məni türk xalqları ədəbiyyatının aşiqinə çevirmişdi artıq. Beləliklə tək o kafedraya qəbul olmaq istəyi ilə hazırlaşırdım. Qəbul olanda sevincimin həddi-hüdudu yox idi. Arif müəllimlə danışdım:  Nəsr, poeziya yoxsa dramaturgiyadan yazmaq istəyirsən?” Susub heç bir cavab verməmişdim. Beləliklə, Arif müəllimlə birgə çox məzmunlu mənim üçün silinməz iki ilin başlanğıcı oldu....

Arif müəllim mənə ən sevdiyi predmetdən çox sevdiyi şəxsiyyətin yaradıcılığından mövzu verdi. XX əsrin əvvəllərində özbək ədəbiyyatında Cədidizm (Ə.Fitrətin yaradıcılığı əsasında). İlk baxışda Cədidizmin olduğunu anlamırdım. Sonra Arif müəllimin mənim fikrimi, düşüncəmi nəzərə alıb mövzu verdiyini oxuduqca anladım hər şeyi. Arif müəllim mənim ruhumun, düşüncəmin ən yüksək səviyyədə elmi ifadəsi idi. Onun kitablarının cümlələrində mən özümü tapırdım. O, uşaq kimi məni əlimdən tutub ağır çox çətin elm yolunda irəliyə aparırdı. Çox diqqətlə yanaşırdı mənə. Yazdığım məqalələri cümlə-cümlə oxuyardı. Yeganə insan idi ki, qarşısında oturanda, xüsusən məqaləmi oxuyanda həyəcandan tər basırdı məni. Hər zaman deyərdi: “Mehman, qoy bu gün vərəq qızarsın, sabah alim olacaqsan, onda üzün qızarmasın”.

Çox öyrəşmişdim ona. Hərdən başqa fakültədə oxuyan magistrant dostlarım məni qınayırdı. Zəng vurulan kimi kafedraya qaçırdım. Saatlarla qulaq assam belə, yorulmazdım, darıxmazdım. Elə hey başa salar, yeni nələrisə öyrədərdi.

Magistraturanı bitirəndə yollarımız ayrılmalı oldu. Mən Akademiyaya getdim, o isə Akademiyadan ayrılmışdı. Buna baxmayaraq, yenə tez-tez universitetdə görüşürdük. Elə xəstəxanaya aparılmamışdan iki gün öncə BDU-da görüşmüşdük. Çox arıqlamışdı, xeyli söhbət etdik...

Xəstəliyini eşidəndə çox pis oldum. Açığı qorxdum. Onsuz necə olacaq? Minlərlə tələbəyə bu sahəni sevdirən insanın bir gün olmayacağını qəbul etmək çox çətin idi. Bu qorxulu suallarla yollandımKasparxəstəxanasına. Çox gec idi, buraxmadılar. Səhəri gün Onkologiyaya getdim. Tez getmişdim, buraxmırdılar. Birtəhər mühafizəçiyə yalvarıb qalxdım 4- mərtəbəyə.  Yanına girməyə cəhd etmədim, həkimi bunun səhhətinə pis təsir edəcəyini dedi. Mən razılaşdım. Təki o sağalsın, lazımdısa etməyə hazır idim...

Üstündən günlər keçdi. Arif müəllimin yaxşılaşması xəbərlərini eşitdikcə içimdəki qorxu da azalmışdı. Nəhayət qərara aldıq ki, gedək yanına. Dostumla “20 yanvarda görüşüb yollandıq xəstəxanaya. Özümü toparlamağa, xəstəliyinin adını unutmağa çalışırdım. Çünki xəstəliyindən özünün xəbəri yox idi. Yanına girəndə içimdəki qorxu hissini duymuşdu sanki. Xeyli söhbət etdik. Çıxanda: “Narahat olma, gələcəm, görüşəcəyik, mütləq” – dedi. Onun bu sözləri məndə əminlik yaratdı. Çünki o hər zaman verdiyi sözün üstündə dururdu. Amma bu dəfə belə olmadı...

bir gün səhər qardaşım zəng vurdu: Arif müəllim dünyasını dəyişib. Bunu qəbul etmək çox çətin idi. Çətin olsa, sevimli, fikir, ruh, əqidə müəllimimin qəbrinin üstünə ovucumda sıxdığım torpağı tökdüm...

Gözəl İnsan, dəyərli müəllimimiz, Sizsiz çox çətin olacaq. Bunun acısını ən çox Sizi sevən tələbələriniz duyacaq. Sizi unutmayacağıq, Arif müəllim!...

 





26.07.2014    çap et  çap et