525.Az

ABŞ viza verilməsini dayandırıb


 

ABŞ viza verilməsini dayandırıb<b style="color:red"></b>

ABŞ bütün dünyada vizaların verilməsi prosesini dayandırıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilir.
 
Vizaların verilməsi prosesinin dayandırılmasına səbəb kimi ABŞ-ın pasport-viza sistemindəki texniki nasazlıq göstərilir.
 
“Bu problem qlobal xarakter daşıyır və hər hansı ölkədən ya viza kateqoriyasından asılı deyil”, - deyə məlumatda vurğulanıb.

 





30.07.2014    çap et  çap et