525.Az

Praqmatik siyasətin etirafı


 

Praqmatik siyasətin etirafı<b style="color:red"></b>

Heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq.

İlham Əliyev

Çağdaş dünyada hər bir ölkəyə diqqət hörmət, ilk növbədə, onun gücü,  regionda dünyada yeri, strateji imkanları ilə şərtlənir. Bu faktorlar həmin ölkənin əldə etdiyi nailiyyətlərə, tarix mədəniyyətinə münasibəti formalaşdırır. Azərbaycanın da müstəqillik dövründə qət etdiyi yol, regional beynəlxalq müstəvidə nail olduğu imkanlar ölkəmizə kənar baxışın prizmasını xeyli dərəcədə müəyyən edir.  Təbii ki, bu baxışın düzü var, tərsi . Respublikamızın tarix üçün qısa sayılan bir zaman dilimində əldə etdiyi iqtisadi yüksəliş, maliyyə ehtiyatları, sərmayə qabiliyyəti, həyata keçirilən islahatlar, quruculuq-abadlıq işləri - bir sözlə, dövlət olaraq güclənməsi bizə baxan dost düşmən gözündə fərqli nəzərlərlə görünür.

Azərbaycan-Rusiya münasibətləri böyük tarixə, iki əsrə yaxın ortaq keçmişə, mədəni irsə söykənir. Eyni zamanda, bu münasibətlərin nahamar dövrləri olub indi hər şeyin tam rəvan olduğunu söyləsək, idealizmə varmış olarıq. Xüsusilə Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti, Qarabağ müharibəsində oynadığı rol düşmənə etdiyi havadarlıq tarixin yaddaşından silinəcək, unudulacaq səhifələr deyil. Dünənin böyük imperiyası, bu günün qüdrətli dövləti kimi Rusiyanın keçmiş ittifaq (ondan öncə müstəmləkə) ölkələrinə münasibətində neoimperialist təfəkkür var olacaq. Bu, bir vaxtlar hegemon olmuş həmin keçmişi unuda bilməyən keçmiş imperiyalara xas davranışdır. Bunun konkret təzahürü isə qarşısındakı yeni müstəqil dövlətin vəziyyətindən, imkanlarından asılı olaraq özünü göstərir. Əgər həmin ölkə zəif, kənardan yardım istəyəcək qədər imkansızdırsa, ona münasibət ağayana olacaq, onunla müstəqil dövlət kimi deyil, forpost kimi davranacaqlar. Necə ki, yanımızda (Ermənistanın timsalında) bunun örnəyini görürük. Yox, əgər ölkə öz imkanlarına güvənirsə, kimsədən yardım ummursa, ən əsası, ölçülü-biçili, tarazlı, irəlini görən, realist siyasət yeridirsə, onunla münasibətlər gec-tez bərabərhüquqlu tərəf-müqabil səviyyəsinə qalxmalıdır. Rusiya-Azərbaycan münasibətlərinin 1991-ci ildən sonrakı tarixinə nəzər salsaq, bunu görə bilərik.

"Azərbaycan Rusiya strateji tərəfdaşdır". Bu sözlər iyun ayında Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrova aiddir. Eyni fikri ötən ilin avqustunda Azərbaycana rəsmi səfər edən prezident Vladimir Putin bəyan etmişdi. Bu tezis 2008-2012-ci illərdə Rusiya prezidenti olmuş Dmitri Medvedyevin dilindən Bakıda Moskvada dəfələrlə səslənib. Amma qarşılıqlı etibarın bəyanı olan belə yüksək ritorika iki ölkənin münasibətlərində heç hər zaman özünü göstərməyib. Təkcə onu yada salmaq kifayətdir ki, 2001-ci ilin yanvarınadək Rusiyadan Azərbaycana nəinki prezident, heç baş nazir səviyyəsində səfər olmamışdı. O vaxtadək yüksək səfərlər ancaq Bakı-Moskva istiqamətində gerçəkləşirdi. Rusiya Azərbaycana tərəfdaş kimi yanaşmağa hələ tələsmirdi. 1997-ci ilin iyulunda Moskvada iki ölkə prezidenti tərəfindən "Dostluq, əməkdaşlıq qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanmışdı. Amma elə həmin ildə Rusiyanın Ermənistana 1 milyard dollarlıq gizli silah verməsi üzə çıxmışdı. Təbii ki, Kreml Azərbaycanı da, Ermənistan kimi, hər zaman yerini göstərə biləcəyi, əlaltı bir ölkə kimi görmək istərdi. Amma bu olmadı nəhayət, ikitərəfli münasibətlərin 10-cu ilində Bakıya ayaq basan prezident Putin strateji tərəfdaşlıq kəlməsini uca səslə dilə gətirdi.

Bu illərdə Rusiyadan Azərbaycana yönəlik fərqli notlarda da bəyanlar səslənib. Moskvanın rəsmi dillə, açıq mətnlə demədiklərini qeyri-rəsmi ruporlar, siyasətçilər səsləndirib. Bu rolu ən yaddaqalan tərzdə, məxsusi siyasi artistizmlə oynayanlardan biri birincisi Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir. 1993- ildən Rusiya Dövlət Dumasının deputatı fraksiya lideri,  2000-2011-ci illərdə Dövlət Dumasının sədr müavini, 2012-ci ildən Rusiya Federasiyası Dövlət Şurasının üzvü bu rəsmi titulların yanında bir qeyri-rəsmi rupor missiyası. Adı daim qalmaqallarda hallanan eksentrik siyasətçi, velikorus şovinizminin müasir nümayəndəsi olan Jirinovski indiyədək qeyri-rus millətlərinə qarşı  mənfi münasibəti, bir çox hallarda təhqiramiz çıxışları ilə yadda qalıb. Əksər hallarda siyasi populizm məqsədi daşıyan bu aqressivliyin müqabilində o, keçmiş SSRİ-nin əksər ölkələrində persona non-qrata elan edilib. 2005-ci ildə Qazaxıstan, 2013- ildə Qırğızıstan onu "qara siyahı"ya salıb. 2011-ci ildə hətta Rusiya Federasiyasının özündə - Komi Respublikasında persona non-qrata elan olunub.

Ötən müddətdə Jirinovski Azərbaycanla da bağlı təhdid-təhqir notlu fikirlər söyləyib. Sonuncu belə bir çıxışı bu ilin martında Dövlət Dumasında səslənib. Yeri gəlmişkən, bu çıxışına görə o, Rusiyada yaşayan soydaşlarımız tərəfindən məhkəməyə verilib. Bu günlərdə isə rusiyalı siyasətçi başqa bir çıxışı ilə gündəmə gəlib. Jirinovskinin iyulun 24- "Rossiya 24" telekanalına verdiyi müsahibə ictimaiyyətə ümumən bəllidir təfərrüatına varmayacağıq. Amma üzərində dayanılması gərəkən məqamlar var.

Birinci məqam Rusiya liberal-demokratlarının liderinin bu müsahibəsinin motivləri ilə bağlıdır. Tamamilə mümkündür ki, müsahibədə Azərbaycanın uğurlu inkişafı, ölkə rəhbərliyinin yeritdiyi siyasət barədə səslənən müsbət fikirlər konyuktur məqsədli bir reveransdır Jirinovski bununla onu məhkəməyə vermiş soydaşlarımızın bir növ könlünü almaq istəyir. Yaxud da bu, Azərbaycan xalqı qarşısında bir üzrxahlıq nümayişidir. Jirinovski bu günlərdə mətbuata müsahibəsində onu da deyib ki, onun Azərbaycana heç vaxt mənfi münasibəti olmayıb, sadəcə, fikirləri kontekstdən çıxarılaraq təqdim edilib, səhv başa düşülüb s. Onun bu etirafının səmimiliyinə inanmaq çətindir bizə heç lazım da deyil. Səmimi etiraf məhkəmədə işə yarayacaq keyfiyyətdir. Bizim üçün önəmli olan başqa məqamdır. Jirinovski Azərbaycanın bugünkü inkişaf səviyyəsini, həyata keçirilən siyasəti digər postsovet ölkələri ilə müqayisə edir ölkəmizin üstün cəhətlərini dilə gətirir. Daxildə sabitlik rifahın təmin olunması, paytaxtla yanaşı regionların inkişafı, yerlərdə aparılan abadlıq-quruculuq işləri, tolerant cəmiyyət, başqa mədəniyyətlərə, o cümlədən rus mədəniyyətinə hörmət, rus dilində məktəblər, universitet, teatr s. Bütün bunlar Azərbaycana müxtəlif ölkələrdən gələn mötəbər qonaqların, ekspertlərin, eləcə turist qismində respublikamıza səfər edən sıravi insanların dilindən tez-tez səslənən fikirlərdir. Xarici siyasətdə tarazlı, balanslaşdırılmış kurs, tərəfdaş ölkələrlə bərabərhüquqlu, qarşılıqlı-faydalı münasibətlər, müstəqil, suveren siyasi xətt. Azərbaycan diplomatiyasının bu üstün cəhətlərini şovinizmi, ksenofob davranışı ilə ad çıxaran Jirinovski etiraf edir ölkəmizi postsovet məkanında dinamik inkişafın "gerçək müsbət nümunəsi" adlandırır. Onun sözlərinə görə, Azərbaycan xarici siyasətdə heç bir "xora qoşulmur" , öz yolu ilə gedir: " üçün? Çünki rəhbəri düzgün seçiblər. Azərbaycanın müstəqil siyasi kursu var. Güclü, müstəqil siyasət yeritməyi bacaran lideri var. Reallıqları görmək etiraf etmək lazımdır".

Bəli, reallıqları etiraf etmək lazımdır. Burada Jirinovskinin Ermənistanla bağlı sözləri maraq doğurur: "Ermənistanda vəziyyət olduqca ağırdır". ardınca bu sözləri: "Onların (Azərbaycanın - red.) bizdən isə qoparmaq niyyəti yoxdur. Əksinə, onlar hər yerdə bizimlə münasibətləri düzəltməyə çalışırlar". Həqiqətən Rusiyadan daima isə uman, yardım qoparmaq istəyən Ermənistanla müqayisədə Azərbaycanın dərəcədə etibarlı tərəf-müqabil olduğu aşkar görünür. İllər sonra bunu Jirinovski kimiləri etiraf edirsə, deməli, bu dünyada gerçək əzəl-axır öz yerini tutur. Hərçənd "qozbeli qəbir düzəldər" deyib, Jirinovskinin səmimiyyətinə inanmayanlar da var.

Bu yerdə üzərində dayanılası ikinci mühüm məqama gəlirik ki, o da rusiyalı siyasətçinin müsahibəsinə münasibətlə bağlıdır. Qeyd etdiyimiz kimi, Jirinovskinin etirafı səmimiliyi bir çoxlarında şübhə doğura bilər. Əslində, bu elə prinsipial önəm kəsb etmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, dinamik inkişaf, regional beynəlxalq miqyasda artan nüfuzu dünyada təqdir görürsə, müxtəlif təşkilatlar, siyasilər tərəfindən etiraf olunursa bu sıraya dünənəcən bizi qaralamağa çalışan Jirinovski qoşulursa, bunu təmkinli bir məmnuniyyətlə qarşılamaq lazımdır. Nəticədə bu gün bizim Jirinovski kimilərinin tərifinə ehtiyacımız yoxdur, əksinə, onun bizdən bir məmnuniyyət umacağı var. Odur ki, ötənləri, bu siyasətçinin indiyədək haqqımızda dediklərini unutmadan onun bu sözlərini tarix üçün bir not alaq. Bu qədər.

Amma siyasətdə daltoniklər var ki, onlar üçün qaradan başqa rəng yoxdur. Onlar üçün faktın özü deyil, kimin kim haqqında söyləməsi önəmlidir. Bu gün müxalifət mətbuatında bəzi yazarların, eləcə bir para siyasilərin Jirinovskinin Azərbaycan haqqında, ölkə rəhbərliyi barədə söylədiyi fikirləri topa tutması da bu qəbildəndir. Təbii ki, əsas məsələ Jirinovskidə deyil, onun tərifinin ünvanındadır. Azərbaycanın uğurları ilə bağlı istənilən səviyyədə, hər hansı əcnəbi siyasətçi, jurnalist başqası tərəfindən səslənən müsbət fikir mütləq süngü ilə qarşılanır. Bu, " qədər pisdirsə, bir o qədər yaxşıdır" devizi ilə davranan qüvvələrin başlıca fəaliyyət prinsipidir. Jirinovskinin yerinə başqa bir rusiyalı siyasətçi - İvanov, Petrov, Nemsov da ola bilər.

Yeri gəlmişkən, Rusiyanın odioz siyasətçilərindən olan, bir vaxtlar hökumətdə baş nazirin müavini, yanacaq-energetika naziri postunu tutan, hazırda isə siyasi marjinallar qrupunda Kasparov, neofaşist Limonov kimilərlə müttəfiq olan Nemsovun AXCP sədrinə göndərdiyi yubiley təbriki günlərlə partiya qəzetinin səhifələrindən düşmədi, Boris Yefimoviçin şəninə tərif ardınca yağdı. Günün birində belə bir təbrik məktubu Vladimir Volfoviçdən gələrsə, ona münasibətin necə olacağı gerçəkdən maraq doğurur. Bu gün bizim müxaliflərə Papua-Yeni Qvineyadan da bir məktub gəlsə, sevincək olacaqlar. Amma yaxın-uzaq xaricdən kimsə Azərbaycan iqtidarı haqqında müsbət söz deyirsə, Azərbaycandakı inkişafı, müsbət dəyişiklikləri dilə gətirirsə, deməli, siyasi daşqalaq olunmalıdır. Elə bu meydan havasının, qaragüruhçu davranışın nəticəsidir ki, bu qüvvələr illərdir, sağa-sola, bir-birilərinə atdıqları daşları toplayıb bir tərəfə çıxa bilmirlər.

Müstəqilliyimizin ilk dövründə düşmənə müxtəlif ölkələrdən edilən havadarlığı neytrallaşdırmaq üçün real siyasət yeritmək əvəzinə, meydan eyforiyası ilə davrandıq. Rusiya müstəqilliyimizin düşməni, Fransa erməni dostu, Amerika lobbiçilik yuvası elan edildi, xarici siyasətin heç bir vektoru normal qurulmadı. Ona görə ABŞ Konqresində əleyhimizə 907 saylı qadağanın qəbul olunmasından həftələr sonra xəbər tutmuşduq. Ümumiyyətlə, qardaş Türkiyə xaric, heç bir ölkənin parlamentində, siyasi dairələrində sözümüzü deyən yox idi.  Dünya hər zaman güc dünyası olub. Güc qarşısında dayanmaq üçün isə ağılla, təmkinlə, reallıqları nəzərə alaraq davranmaq, zamanla güc-imkan qazanmaq gərəkdir. Azərbaycan dövləti müstəqilliyin ilk illərinin acı təcrübəsindən sonra realist bir siyasətlə yönəldilərək tədricən gücünə güc qatdı.

Bu gün dünyada iqtisadi qüdrət hər şeydən üstündür, o, bərabərində digər imkanları da gətirir. Son illər Azərbaycanın da xarici siyasətində enerji diplomatiyası, fəal investisiya siyasəti öz bəhrəsini verir. Hazırda bir çox Avropa ölkələri üzləşdikləri iqtisadi böhrandan çıxmaq üçün xarici sərmayələrə ehtiyac duyur Azərbaycan bu baxımdan böyük imkanlara malikdir. 10-15 il öncəyədək üzləşdiyi hərbi təcavüzün fəsadlarını aradan qaldırmaq, yüz minlərlə qaçqın köçkünün problemlərini həll etmək üçün xaricdən köməyə ehtiyac duyan Azərbaycan bu gün özü dünyanın müxtəlif ölkələrinə humanitar yardım göstərir. Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar proqramlar onlarla ölkəni əhatə edir. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın güclənməsi onun dünyadakı dostlarının, lobbi imkanlarının sırasını da genişləndirir. 2011-ci ildə ölkəmiz dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Vaxtilə ölkəmizin lehinə söz deməyə bir nəfərin tapılmadığı ABŞ Konqresində bu gün "Azərbaycan dostları" qrupunun 60-dan çox üzvü var.

Güclü, geniş imkanlara malik dövlət beynəlxalq arenada da öz maraqlarını daha effektiv qorumağı bacarır. Azərbaycanın artan gücü, iqtisadi imkanları təsir rıçaqları, sözsüz ki, ölkəmizin bir nömrəli probleminin ədalətli həllinə zəmin yaratmaqdadır. Bir vaxtlar Ermənistan xarici dövlətlərdən aldığı yardımlar sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Necə ki, bir vaxtlar bizə hədyanlar söyləyən, erməninin sözünü deyən Jirinovski kimiləri bu gün dilini qatlayıb Azərbaycanın uğurlarından heyranlıq duyduğunu söyləməyə məcburdur.

Prezident İlham Əliyevin bu yaxınlarda dediyi sözləri yada salaq: "Heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq". Bəli, güclü ilə hər zaman hesablaşırlar. Haqlı olub güclü olmaq isə ikiqat üstünlükdür. Azərbaycan öz haqq işini illərdir hüquq müstəvisində müdafiə edir, indi buna dövlət olaraq güc-qüdrətini əlavə edib. Elə isə bundan kimsə dar siyasi maraq uğruna rəncidə olmasın. Nəhayətdə, bu dövlət hamımızındır.

 





31.07.2014    çap et  çap et