525.Az

İctimai Palatanın aksiyasında saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb


 

İctimai Palatanın aksiyasında saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb<b style="color:red"></b>

İctimai Palatanın (İP) bu gün Milli Məclisinin (MM) binası qarşısında keçirməyə cəhd etdiyi razılaşdırılmamış piket zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.
 
İP-nın katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, saxlanılan şəxslərə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar: “Məndə olan məlumata görə, 11 ya 12 nəfər saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxslərə xəbərdarlıq edildikdən sonra azad ediblər”.

Qeyd edək ki, bu gün İP MM-in binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb.

 





02.11.2012    çap et  çap et