525.Az

Kino veteranları mükafatlandırılacaq


 

Kino veteranları mükafatlandırılacaq<b style="color:red"></b>

Nizami Kino Mərkəzində 2 Avqust – Kino günü ilə bağlı bayram tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bir çox mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq.
 
Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.
 
Qeyd edək ki, Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

 





31.07.2014    çap et  çap et