525.Az

Bu gündən Qəzza zolağında üç günlük atəşkəs başlayır


 

Bu gündən Qəzza zolağında üç günlük atəşkəs başlayır<b style="color:red"></b>

İsrail və “Həmas” Qəzza zolağında 72 saatlıq atəşkəs rejimi barədə razılığa gəliblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri və BMT-nın Baş katibi Pan Gi Munun birgə bəyanatında bildirilir.
 
“Biz tərəfləri atəşkəsin başlanmasına qədər təmkinli olmağa, atəşkəs müddətində isə öz öhdəliklərinə əməl etməyə çağırırıq”, bəyanatda deyilir.
 
Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qəzza zolağında 23 gün davam edən döyüşlərdə 1 440 nəfər ölüb, 8 295 nəfər yaralanıb.

 





01.08.2014    çap et  çap et