525.Az

"Neftçi" - "Çixura" matçında qalmaqal


 

"Neftçi" - "Çixura" matçında qalmaqal<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində keçirilən "Neftçi" - "Çixura" oyunu qalmaqalla yadda qalıb.

Qol.Az-ın məlumatına görə, buna gürcüstanlı azarkeşlərin tribunada asdıqları bayrağ səbəb olub.

Həmin bayrağın üzərində Qax və Zaqatala rayonları Gürcüstan ərazisi kimi təsvir olunub və  "This is Georgia" ("Bu, Gürcüstandır") sözləri yazılıb.

Məhz bundan sonra azərbaycanlı və gürcü azarkeşlər arasında dava düşüb. Polisin müdaxiləsindən sonra bayraq yığışdırılıb və onu asan onu asanlar azarkeşlər stadiondan kənarlaşdırılıblar.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı avqustun 7-də Gürcüstanda baş tutacaq.

 





01.08.2014    çap et  çap et