525.Az

Niderland və Avstraliyanın Donbasa əsgər göndərməsinə "yaşıl işıq"


 

Niderland və Avstraliyanın Donbasa əsgər göndərməsinə "yaşıl işıq"<b style="color:red"></b>

Ukrayna Ali Radası Donbas regionunda beynəlxalq polis missiyasının təşkilinə dair Avstraliya Niderlandla imzalanan sazişləri ratifikasiya edib.
 
APA-nın UNIAN-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə "Suveren Avropa Ukraynası" fraksiyasından olan deputat Sergey Labazyuk deyib.

Onun sözlərinə görə, Malayziyaya məxsus "Boing-777"nin qalıqlarının düşdüyü ərazidə ekspert qrupunun təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq polis missiyası yaradılacaq.

"Qəbul etdik, 321 nəfər səs verdi. Başqa məsələlər hələlik Radanın gündəmində deyil", - deyə deputat qeyd edib.

S. Labazyuk əlavə edib ki, ilkin mərhələdə Donbasa 300 avstraliyalı hərbçi gələcək. Növbəti mərhələdə isə hollandiyalı hərbçilər fəaliyyətə başlayacaq.

 





01.08.2014    çap et  çap et