525.Az

Dövlətçilik və maddi mədəniyyət tariximizin qiymətli yadigarları


 

Dövlətçilik və maddi mədəniyyət tariximizin qiymətli yadigarları<b style="color:red"></b>

(Əvvəli 26 iyul tarixli sayımızda)

Tarixin bütün dövrlərində mübadilə vasitəsi kimi öz əhəmiyyətini saxlayan pul sistemləri müxtəlif ölkə xalqların həyatında önəmli rol oynayıb. Pul sistemləri sikkələri öyrənən elm sahəsi numizmatikadır. Dünya alimlərinin araşdırmalarına görə numizmatika sözünə ilk dəfə qədim Roma yazılı mənbələrində rast gəlinib. Numizmatikanın öyrənilməsi geniş ictimaiyyətə tanıdılması, gənc nəslin bu sahədə maarifləndirilməsi ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədilə "İçərişəhər" tarixi muzeyində yaradılan  numizmatika ekspozisiyasının xüsusi əhəmiyyəti var.

III əsrdə, Albaniya Sasanilər tərəfindən işğal edildikdən sonrakı dövrdə Gəncədə zərbxana fəaliyyətə başlamışdı. I Xosrovun dövründə Sasani imperiyasında 98 zərbxana, II Xosrovun  dövründə isə 120 zərbxana fəaliyyət göstərib. Sasani gümüş drahmalarında Gəncə zərbxanasının adı GİZ - CANZA monoqramı şəklində verilib. Bu monoqrama Sasani şahları Firuzun, Valaksın, Qubadın, I Xosrovun , II Xosrov Pərvizin gümüş draxmalarında da rast gəlinir. Hal- hazırda Milli Azərbaycan Tarixi Muzeyində Sasani hökmdarı II Xosrov Pərvizin  adından Gəncədə zərb edilmiş sikkə qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilib. Şəklin ətrafında Gəncə zərbxanasının monoqramı zərb edilib. VII əsrin ortalarında ərəblər Sasani imperiyasının varlığına son qoymuş Albaniyanı özlərindən asılı vəziyyətə salmışdılar. Bu dövrdə Albaniyanın digər şəhərləri kimi Gəncə ərəb sərkərdələrinin nəzarətində olub. C.Volkerin fikrincə,  660- ildə ərəb sərkərdəsi Abdullah ibn Əmir Gəncədə sikkə kəsdirib. Əməvilər dövründə Cənubi Qafqazda 8 zərbxana fəaliyyət göstərib. Bu dövrdə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilib. Bu tip sikkələr  696- ildə Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdu. İslahata görə, pul dövriyyəsinə yeni sikkə nümunələri- qızıl dinar, gümüş dirhəm, mis-fuluslar buraxılmışdı. Sikkələrin üzərində müsəlman simvolu, Quran ayələri, zərbxananın adı, dörd Raşidi xəlifəsinin adı, hökmdar, vəliəhd canisinin adı, zərb tarixi verilib. İslam dini sikkələr üzərində insan heyvan təsvirlərinə qadağan qoymuşdu. Əməvi dinarları 87,9 əyarla, 1 misqal  çəki ilə qızıldan, dirhəmlər 2,98 qr. çəki ilə gümüşdən zərb edilirdi. Yeddi misqal gümüşdən 10 dirhəm zərb olunurdu. Hazırda Rusiya Dövlət Ermitaj muzeyinin numizmatika fondunda 712-713- illərdə xəlifə I Validin adından Gəncədə zərb edilmiş gümüş dirhəm qorunur.

Eramızdan əvvəl II əsrdən etibarən Parfiya dövlətinin adından zərb edilən sikkələr bütün Azərbaycan ərazisindən tapılır. Bu pulların üzərində-aversində hökmdarın profildən real portreti, bütün bəzək elementləri, geyimi hakimiyyət rəmzlərinin simvolları əks olunurdu. Əks tərəfində - reversində hökmdarın adı, titulları, zərb edildiyi yer dördbucaqlı formada göstərilirdi. Yazılar yunan hərfləri ilə həkk olunurdu. Bu pullar 200-250 ilə yaxın tədavüldə qalıb.

Bizim eranın III əsrinin ortalarından Azərbaycan Sasanilər imperiyasının ərazi-inzibati bölgüsünün bir hissəsinə çevrilir ilk dəfə bu zaman mərkəzləşmiş imperiyadan pul zərb etmək səlahiyyətini əldə edir. Ekspozisiyada nümayiş olunan Sasani imperiyasının qızıl pul vahidinin üz tərəfində-aversində Varahram, onun xanımı onların varisinin rəsmi öz əksini tapmış, əks tərəfində-reversində isə hökmdarın titulları, dövlət rəmzləri zərb edilmişdir. Gümüş qızıl pulların üzərində şəhərlərin adları qısaldılmış şəkildə göstərilirdi. Sasanilər imperiyasının tərkibində mövcud olmuş müasir Azərbaycanın bəzi şəhərləri (Naxçıvan, Bakı, Dərbənd, Gəncə) Ərəb xilafətinin yarandığı VIII əsrin ortalarına kimi sikkə zərbi işini davam etmişlər. Ərəb xilafəti dövründə Azərbaycanda zərb edilən dinar, dirhəm fuluslar rəsmi tədavül vasitəsi olaraq ayrı-ayrı dövlətlər yarananadək mövcud olub. Beləcə, Əmir Teymur Qafqazı işğal edənədək bu sikkələr pul münasibətlərinin əsasını təşkil edirdi. XIV əsrin sonlarından tənsə miri adlı nominallar dövriyyəyə daxil olur.

Şirvanşahlar dövləti tərəfindən çox maraqlı pullar dövriyyəyə buraxılıb. Əsrlərcə tarixi olan Şirvanşahlar dövlətinin sikkə zərbi işi bəzi elementlərinə görə fərqlənir. Əgər ilk Məzyədilər dövründə zərb edilən sikkələr klassik olaraq dairəvi formada 4 qr. çəkisində buraxılırdısa, monqolların  işğalı zamanı çəki nisbəti, forması dəyişməyə başlayır. Belə qeyri-adi formada olan sikkələr daha çox cürbəcür heyvan, silah obrazlarına bənzəyərək üzərində çox vaxt üçdişli silah-bəzək elementi ilə çox gözəl simmetrik formalı pullar zərb edilirdi. Ekspozisiyada Şirvanşahların hər üç sülaləsi adından buraxılan sikkə nümunələri nümayış olunur. Bu pullar öz formalarına hazırlanma texnologiyasına görə təkrarsızlıq statusunu bu günə qədər saxlayır. Həmin sikkələrin üzərində hökmdarın titulları sırasında Şirvanşah sözü həmişə cümlənin sonunda yerləşirdi. Şirvanşahlar dövrünün pul vahidlərinin gümüş örtüklü mis sikkələr olmasına səbəb bu dövrdə gümüşün ixrac olunması səbəbiylə gümüş ehtiyatlarının azalması çatışmazlığı idi. Yerli hökmdarların adına zərb edilmiş sikkələrdə titullar, adlar tam əks olunub.

İki əsrdən artıq mövcud olmuş Səfəvilər dövlətinin qızıl gümüş pulları qeyri-adi məzmuna malik idi. Bu sikkələrin əsas cəhəti onların üzərində ərəb əlifbasının nəfis süls xətti ilə "ƏliyyənVəliyullah" kəlamı, 12 imamın adı, dövrün bir sıra şairlərin şeirlərindən nümunələr fəlsəfi fikirlərin zərb olunmasıdır.

Dünyada ilk sikkələrin hazırlanması ilə Azərbaycanda son qədimi sikkələrin buraxılması dövrünü müqayisə edəndə qəribə bir mənzərə göz önünə gəlir. Belə ki, ilk sikkələr  e.ə. XII əsrdə  Çində , Hindistanda zərb edilib. Aralıq dənizi  hövzəsində belə sikkələr  tam müstəqil olaraq e.ə. VII əsrdə Lidiyada Eqin adasında hazırlanıb. Bundan sonra  bütün Elladada onun koloniyalarında -  İranda, İtaliyada sikkə zərb edilməyə başlayıb. Dünyanın ilk sikkələri bizim tanıdığımız qəbul etdiyimiz qızıl, gümüş misdən deyildi. Çox ehtimal ki, əksər hallarda perqamentdən, qiymətli ağac növlərindən , farfordan hazırlanırdı. Sonuncu qədimi Azərbaycan pulları isə xanlıqlar dövründə zərb edilir. Anonim xarakterli bu pullar yalnız ölkə daxilində ticarət münasibətlərində yararlı idi. Rusiya Macarıstan imperiyalarının qızıl pul vahidləri olan "çervonlar" sikkədən daha çox bəzək əşyalarına bənzərliyi ilə fərqlənir ki, bu da həmin pulların az müddət dövriyyədə olması sonradan xanımların onlardan bəzək əşyası kimi istifadə etməsi ilə bağlıdır.

Vəfa MƏMMƏDLİ

 





01.08.2014    çap et  çap et