525.Az

Azərbaycan türkcəsidir dilim mənim!


 

Azərbaycan türkcəsidir dilim mənim!<b style="color:red"></b>

1 avqust Azərbaycan Əlifbası Azərbaycan Dili Günüdür.

Bir bulaqdır - çirkab, bəlkə görütməz o,

Çilçıraqdır - ziyasını itirməz o;

Yaşıl bağdır - tikan, qanqal bitirməz o.

Nitqim, nidam, həzin sədam, zilim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

 

Şirinliyi ovsunlayıb çox milləti,

Misilsizdir musiqisi, şeiriyyəti,

Əzəl gündən sevir haqqı, hürriyyəti,

Keşiyində durub xalqım, elim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

 

Pübabdırsa, qırılmayan min simi var,

Kitabdırsa, möcüzəsi, tilsimi var;

qədər ki, Həsənoğlu, Nəsimi var,

Ola bilməz yad nəfəsə meylim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

 

Ey insanlar, harayıma qulaq asın;

Gəlin kəsək köklərini şərin, yasın;

Bəşər gərək qəm içində yaşamasın!

Daş atmasın gülşənimə heç kim mənim,

Azərbaycan türkcəsidir dilim mənim!

 





01.08.2014    çap et  çap et