525.Az

Qazaxda vətəndaşlar təşviş içindədirlər


 

Qazaxda vətəndaşlar təşviş içindədirlər<b style="color:red"></b> Dünən gecəki atışmadan sonra hazırda Qazaxda nisbi sakitlikdir.

Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, son iki gün ərzində rayonun cəbhəyanı kəndlərində vəziyyət daha pis olub. Dünən gecə baş verən atışma nəticəsində Qazax rayonun Kəmərli kəndindən olan gizir İsa Almazov şəhid olub. Hazırda rayon sakinləri təşviş içindədir.

Lent.az-a verilən məlumatda o da qeyd olunub ki, mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, dünən cəbhədə şiddətli döyüşlər olub və gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
 





01.08.2014    çap et  çap et