525.Az

26 mindən çox abituriyent ixtisas seçimi edib


 

26 mindən çox abituriyent ixtisas seçimi edib<b style="color:red"></b>

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 11-dək 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.
 
İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

 





01.08.2014    çap et  çap et