525.Az

Ermənilər Qazax sakinini yaraladılar


 

Ermənilər Qazax sakinini yaraladılar<b style="color:red"></b>

Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Məzəm kənd sakini yaralanıb.

Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə,  rayonun Məzəm kənd sakini, 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu sağ bud nahiyəsinin dəlib keçən güllə yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
 
Dərhal əməliyyat edilən 44 yaşlı kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 





01.08.2014    çap et  çap et