525.Az

Lal-kar olan qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayıb


 

Lal-kar olan qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayıb<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lal-kar olan qohumunu boğaraq öldürməkdə təqsirləndirilən Elşən Vəliədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
 
Proses avqustun 5-də davam etdiriləcək.
 
Qeyd edək ki, fevralın 18-də Bülbülə qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanın uzaq qohumu, 1983-cü il təvəllüdlü Vəliədov Elşən İsrafil oğlu tərəfindən qətlə yetirilməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində lal-kar qadını amansızlıqla öldürən 31 yaşlı paytaxt sakini iki həftədən sonra tutulub. İlkin ifadəsində o, qətl törətdiyini etiraf edib. E. Vəliədov bildirib ki, 68 yaşlı qadını döydükdən sonra onun başını qolunun arasına alıb və boğaraq öldürüb.
 
Hadisədən sonra E.Vəliədov evdən bəzi qiymətli əşyaları götürüb.
 
Qeyd edək ki, G.Ağayevanın qətlə yetirilməsini ilk olaraq 17 yaşlı nəvəsi Leyla İsrafilzadə görüb. Evə gələn qız nənəsini çarpayıda qan içində görüb və haray salıb.

 





01.08.2014    çap et  çap et