525.Az

Qəzzada hərbi əməliyyatlar bərpa olunub


 

Qəzzada hərbi əməliyyatlar bərpa olunub<b style="color:red"></b> Qəzzada hərbi əməliyyatlar bərpa olunub.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə İsrail ordusu “HAMAS”-ın 72 saatlıq atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Qəzzada əməliyyatların bərpa olunduğunu açıqlayıb.
 
Ordu Qəzza sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq edib.
 
Fələstin mənbələrini bildirdiyinə görə, İsrail ordususnun hücumu nəticəsində artıq ölənlərin sayı 8-ə çatıb. İsrail ordusu isə açıqlama verib ki bu hücumlar “HAMAS”-ın roket hücumlarına cavabdır.
 
Qeyd edək ki, Qəzzada son əməliyyatlarda ölən fələstinlilərin sayı 1460-a çatıb.
 





01.08.2014    çap et  çap et