525.Az

Nazirlik 21 nəfər insan alveri qurbanına yardım edib


 

Nazirlik 21 nəfər insan alveri qurbanına yardım edib<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin ilk yarımilində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən istiqamətləndirilmiş 21 nəfər insan alveri qurbanını və müxtəlif QHT-lər tərəfindən yönləndirilən, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 20 nəfəri müvafiq yardımlarla təmin edib.
 

Lent.az-ın məlumatına görə, onlardan 20 nəfərinə hüquqi, 6 nəfərinə psixoloji, 3 nəfərinə tibbi, 3 nəfərə maddi yardımın göstərilməsi təşkil edilib. Həmçinin 8 nəfərin ailələrinə  ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 4 nəfərinin məşğulluğunun təmin olunması, 1 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilib. 2 nəfərin sosial xidmət müəssisəsinə, 1 nəfərinin övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin övladının əlil arabası ilə  təmin olunması, daha 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün aidiyyatı işlər aparılıb.

Qeyd olunan zərərçəkmişlərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin edilib.  Ehtiyac olduğu hallarda ayrı-ayrı zərəçəkmişlər Gəncədə yerləşən İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzində yeləşdirilib. Mərkəz tərəfindən insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də görülüb.
 





01.08.2014    çap et  çap et