525.Az

Türkiyə səfiri şəhid ailələrinə başsağlığı verib


 

Türkiyə səfiri şəhid ailələrinə başsağlığı verib<b style="color:red"></b>

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, diplomat bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.

 





01.08.2014    çap et  çap et