525.Az

11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirilib


 

11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirilib<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.

Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.

 





01.08.2014    çap et  çap et