525.Az

“Ötən gün 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb”


 

“Ötən gün 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb”<b style="color:red"></b>

Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan ordusunun  hərbçisi şəhid olub.

Lent.az-ın xəbərinə görə, bu arada erməni mətbuatında dərc edilən digər bir xəbər Ermənistan cəmiyyətində ciddi qalmaqala səbəb olub. Belə ki, əsasən Dağlıq Qarabağ konflikti barədə reportajlar hazırlayan erməni jurnalist Eduard Abramyan sosial şəbəkələrdə sensasiyalı məlumatla çıxış edib.

Mitq.org Analitik Mərkəzinin rəhbəri olan erməni ekspert özünün “Twitter” səhifəsində bildirib ki, “ötən gün Azərbaycan kəşfiyyatçı diversant qrupunun hücumu nəticəsində səhər saatlarına qədər şiddətli döyüşlər gedib və “Dağlıq Qarabağ” ordusu 51 nəfər əsgərini itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan hakimiyyəti ölkədə baş verə biləcək kütləvi etirazlardan ehtiyatlanaraq, bu məlumatı məxfi saxlamağa çalışır.”

Qeyd edək ki, Ermənistanın yüksək dairələri ilə yaxın əlaqələrə malik erməni jurnalistin bu açıqlaması sosial şəbəkələrdəki erməni istifadəçilərin ciddi müzakirələrinə səbəb olmuş və ermənilər Serj Sarkisyanı istefaya çağırıblar.

 





01.08.2014    çap et  çap et