525.Az

Limon haqda bilmədiklərimiz


 

Limon haqda bilmədiklərimiz<b style="color:red"></b>

Limon bir çox dərdlərin dərmanıdır.

525.az-ın məlumatına görə, limon insan səhhətində yarana biləcək bir çox xəstəliklərin qarşısını alır.
 
Türkiyəli həkim Serkan Tutar bu haqda açıqlama verərək C vitamini ilə zəngin olan limonun antioksidan təsirə malik olması haqda danışıb:

“Gün ərzində müxtəlif zərəli maddələr qəbul edirik. Siqaret, əsəb, keyfiyyətsiz qidaların hamısı səhhətimizə mənfi təsir edir. Limon isə bunların verdiyi artıq maddələrdən insanı xilas edir”.

Limonun xərçənglə mübarizədə də əsas vasitələrdən biri olduğunu deyən Serkan Tutar son 30 ildə aparılan araşdırmalar haqda məlumat verib: “Son 30 ildə aparılan araşdırmalara görə, bu sitrus meyvəsi sinə, prostat vəzi, mədə və xərçəngin digər 9 növünün yaranmasının qarşısını alır. O, həmçinin şişlərin də yaranmasının qarşısını almaqda müsbət təsirə malikdir”.

Yüksək təzyiq və mikroba qarşı da bu sitrus meyvəsindən yararlanmaq olar. Limon qabığının xeyirli olduğunu vurğulayan mütəxəssis Serkan Tutar onun dəriyə faydalı olması, dəri xərçənginin qarşısını almaqda böyük əhəmiyyətə malik olmasını deyib. Qaraciyər, öd, ürək xəstəliyi olanlar, spirtli içkilər qəbul edən və əsəb xəstəliyi olan şəxslərə bu sitrus meyvələrindən kifayət qədər istifadə etmək tövsiyə edilir.

Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et