525.Az

Qafqazın ən böyük bazarı Gəncədə olacaq


 

Qafqazın ən böyük bazarı Gəncədə olacaq<b style="color:red"></b> Gəncədə Cənubi Qafqazın ən böyük bazar kompleksi tikiləcək.

Gəncə şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Kəpəz rayon İcra Hakimiyyətinin yaxınlığında, 18 hektar ərazini əhatə edəcək nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə, tərəvəz, ət, süd, un məmulatları və digər sektorlar fəaliyyət göstərəcək, balıqlar üçün böyük akvariumlar, iri soyuducular qoyulacaq.
 
Bazarda həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə alıcılara təklif ediləcək. Bütövlükdə, bazarda kənd təsərrüfatı məhsullarının satışı üçün 104 bölmə nəzərdə tutulub. 16 birmərtəbəli və 18 ikimərtəbəli binalardan ibarət olacaq bazarda 810 mağaza fəaliyyət göstərəcək. Burada insanların rahatlığı üçün hər cür şəraitə malik otel, eyni zamanda 2400 maşının saxlanılması üçün avtopark da tikiləcək.
 





04.08.2014    çap et  çap et