525.Az

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir olub


 

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir olub<b style="color:red"></b>

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada 1 avqustAzərbaycan əlifbası Azərbaycan dili günü münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərindən geniş söz açıb.

Bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər ƏliyevinAzərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir: “Məhz Ulu Öndərin qətiyyəti siyasi iradəsi nəticəsində respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib. Ulu Öndərin böyük qətiyyəti, cəsarəti prinsipiallığı sayəsində hələ sovet dövründə – 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. Təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri Azərbaycan dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olub.

Ölkə rəhbərininAzərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004- il 14 yanvar,  Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısınınAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may sərəncamları, eləcə Azərbaycan Respublikası Prezidentinin 2013- il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət ehtiramın bariz nümunəsidir”.

Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş kitab sərgisi ilə yaxından tanış olublar. Bir həftə davam edəcək sərgidə 100-dək kitab dövrü mətbuat materialları əks olunub.

 





04.08.2014    çap et  çap et