525.Az

Satirik şeirimizin bayraqdarı - Qasım bəy Zakir


 

Satirik şeirimizin bayraqdarı - <b style="color:red">Qasım bəy Zakir</b>

Bu il  görkəmli şairimiz Qasım bəy Zakirin anadan olmasının 230 ili tamam olur. Doğrusu, bu 230 rəqəmini yazanda bir az fikrə getdim. Səhv edirəmsə, üzrlü tutun, yanılmıramsa, bu günə kimi Qasım bəy Zakirin respublika miqyasında yubileyi keçirilməyib. Ancaq yadıma gəlir ki, 1984- ildəYazıçınəşriyyatında mərhum ədəbiyyatşünas alim Kamran Məmmədovun tərtib müqəddiməsi ilə ZakirinSeçilmiş əsərlərinəşr olunmuşdu kitabın ön səhifəsindəQasım bəy Zakirin anadan olmasının 200 illiyinəsözlərini yazmaqla şairin yubiley təqvimi yad edilmişdi.  Vəssalam.

Amma o da yadımdadır ki, elə həmin ildəAzərbaycanjurnalından rayonun təsərrüfat mədəni həyatını işıqlandırmaq niyyəti ilə mənə rayonun birinci katibinə ünvanlanmış məktub verilmişdi. O zamanın qaydası beləydi ki, Bakıdan ezam olunmuş jurnalist rayon rəhbərliyi ilə görüşməli onun cızdığımarşrutlahərəkət etməliydi. Mən rayon rəhbərliyinin qəbulunda olmuşdum, amma onun rayonun təsərrüfat həyatını işıqlandırmaq üçün cızdığımarşrutlagetməmişdim. Səbəbi bu idi ki, “ qızılbecərənlərin başına təyyarələrin necə gübrə-zəhər yağdırdıqlarının dəfələrlə şahidi olmuşdum özlüyümdə bu olayları heç kəsə bağışlamırdım. Ona görə rayonun təsərrüfat həyatını işıqlandırmaqdan vaz keçib mədəniyyətinə, etnoqrafiyasına üz tutmuşdum. Əvvəl Aşıq Valehin doğulduğu Abdal-Gülablıya, sonra XındırıstanaZakirin yadigar qalmış evini ziyarətə getmişdim o zaman keçirdiyim hissləriYaddaşadlı məqaləmdə belə izhar  etmişdim:

Xındırıstanda fəxr eləməli şeylər çoxdur: orta məktəbləri, musiqi məktəbi, uşaq bağçası, südçülük kompleksi, təsərrüfat, sənaye, ərzaq, uşaq aləmi mağazaları, qonaq evi... var. Xındırıstanın bu günündən, gələcəyindən, onun zəhmət adamlarından çox şey danışmaq olar. Amma Xındırıstan deyən kimi mənim yadıma Qasım bəy Zakir düşür; əvvəl onun tanış şəkli gözlərim önündə canlanır, sonra misraları qulaqlarımda səslənir:

Məşşatə gözünə sürmə çəkəndə,
Sanasan, gözümə bıçağı çəkər.
Sərasər üzülür rişteyi-canım.
Elə ki, zülfünə darağı çəkər.

Kəndin küçələrini gəzdikcə, xəyalən Zakirin ayaq izlərini gördüm, bu izə düşüb ondan yadigar qalmış evinə yollandım.

Zakirin evi bişmiş kərpicdən hörülmüş ikimərtəbəli böyük bir binadır. Tikilinin tarixini öyrənmək məqsədilə evin divarlarına baxıram. Heç bir yazı gözə dəymir. Bu vaxt ortayaşlı bir kişi mənə yanaşır: – Gözətçiyəm, – deyir, – evin tikilmə vaxtı yazılmış daş çardaqdadı, istəyirsənsə çıx bax.

Çıxaram!

Evin damında iki daş kitabə var. Kitabələrin birinin üstünəŞiri-xurşidnişanı çəkilib ərəb əlifbası ilə yazı həkk edilib. Bu yazı pozulmaq üzrədir. İkinci kitabə rusca yazılıb çox aydın oxunur: “Başlandı 1 noyabr 1904, qurtardı 20 fevral 1905-ci ildə. Ev məxsusdur Nəsir bəy Xındırıstanskiyə”.

Kitabədən, xındırıstanlıların xatirələrindən bizə məlum olur ki, Zakirin evinin ikinci mərtəbəsi nəvəsi Nəsir bəy Xındırıstanski tərəfindən tikdirilmişdir. Xındırıstanlılar dedilər ki, Nəsir bəy Rusiyada təhsil alıb, orada inqilabçılara qoşulub, sürgündə olub, ən nəhayət, güllələnibdir...

Otaqları gəzirəm. Zakirdən heç qalmayıb. Təəssüflənirəm ki, Zakirin evi gərək çoxdan muzey olaydı, onun şeirlərinə çəkilmiş illüstrasiyalar otaqları bəzəyəydi. Axı Qasım bəy  Zakirin şeirlərinin hər biri canlı, təbii bir lövhədir:

Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşıq qandan!
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni.

Zakirin evində olduğum müddətdə şairin daxili aləmini, misralara hopmuş nəfəsini, nifrətini, məhəbbətini daha aydın hiss edirdim. Bir vaxt əzbərlədiyim şeirləri ürəyimdə başqa cür səslənirdi:

Badi-səba, mənim dərdi-dilimi
Ol büti-zibaya dedin, dedi?
Ahu-naləm asimana yetdiyin
Gərdəni minayə dedin, dedi?”

Doğrusu, bu gün məni düşündürən ümdə məsələ 30 il bundan qabaq Qasım bəy Zakirin evinin muzeyə, yaxud onun adını daşıyan poeziya evinə çevrilməsi istəyimin, bu günə qədər baş tutmaması məsələsidir. Doğrudanmı, Qasım bəy Zakirin şəxsiyyəti, ədəbi irsi, şairlik istedadı evinin təmir olunub muzeyə çevrilməsinə əsas vermir?! Məgər onun yaradıcılığındakı yeniliklər ədəbiyyat tariximizdə müstəsna hal deyilmi? XIX əsr Azərbaycanının, xüsusən Qarabağın ictimai-siyasi mühitini, işğalçı rus məmurlarının, darğaların, baqqalların, yolunu azmış bəylərin, tacirlərin, başı əmmaməli üləmaların, qazilərin, mollaların, gömrük  işçilərinin tipikləşmiş, ümumiləşmiş obrazlarını Qasım bəy Zakirin satirik şeirlərindən yana, başqa bir şairin yaradıcılığında görürükmü?! Ondan əvvəl öz dövrünün eybəcərliklərini onun kimi amansızcasına, açıq-açığına, mərdi-mərdanə qamçılayan ikinci bir qələm əhli olubmu? Onun yaradıcılığındakı bu çağdaşlığı ilkin görüb qiymətləndirən məhz böyük Mirzə Fətəli Axundzadə olmuşdur. Mirzə Fətəli Molla Pənah Vaqiflə Qasım bəy Zakirin yaradıcılıqlarının fərqli üstün cəhətlərinə nəzər salaraq yazırdı: “...Bu iki şəxsin fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbətən rəhnümadır lakin ləzzət təsir mühəssənati-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur”.

Şair, alim-mətnşünas Salman Mümtaz da 1925-ci ildə yazdığı məqalədə bu iki böyük şairin yaradıcılıqlarının məziyyətlərini müqayisə edərək belə bir qənaətə gəlmişdi: “Molla Pənah Vaqifin getdiyi yolu təqib edən  xalqa yanaşmaq üçün Vaqifdən daha sürətlə cəsarətli addımlar atan namdar şairlərimizin başçısı, bayraqdarı Qasım bəy Zakirdir... Zakirdən əvvəl elin xalqın dərdlərindən sözgəlişi qəbilindən olaraq üstüörtülü surətdə bir ya iki beyt yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli, hər bir sinfin eybini, suçunu apaçıq üzünə çırpıb, xəyanət cinayətin tamamilə gözlərinin içinə söyləyən olmamışdır”. 

Bu, doğrudan da,  belədir. Zakir lirikasında qədər incə, zərifdirsə, satirasında bir o qədər kəskin amansızdır. Çoxunun ünvanı bəlli olan bu satirik şeirlər dildə-ağızda dolaşmaya bilməzdi.

Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövlətü-malı,
Xandəmirov çaldı-çapdı mahalı,
O ki var tutub özün keçəl qurumsaq.

Gizlətmirəm, mən Qasım bəy Zakirin 1806–1813-, 1826–1828-ci illər rus-İran  müharibəsində iştirak etməsini, hətta 1828-ci ildə çarın fərmanı ilə gümüş medalla təltif olunmasını təqdir etmirəm, amma sonra özüm özümə sual verirəm ki, bəs bizim ata-babalarımız İkinci Dünya müharibəsində rusların torpaqları uğrunda almanlarla vuruşmayıbmı? Qasım bəy Zakir Rusiya çarının gümüş medalını döşünə taxsa da, onun işğalçılıq siyasətinin, Azərbaycan xalqının ruhuna yad olan üsuli-idarəsinin, “gündə təzə bir zakonçıxardıb, amma arxasında durmamasının, “murovların oğruya ortaqolmasının, o zaman xalqımızın həyatında yad-yabançı olan rüşvətin alaq otu kimi cücərməsinin şahidi olmuşdu bu hala dözməyib yazmışdı:

Varmı ola, yarəb, bunlar kimi pis,
Bir dəni, biədəb, dərunu xəbis;
qədər varındıriznakom, sadis!
Olmayanda deyir: – “poşol, ... “

Zakir görürdü ki, dövlət idarələrinə yazılan ərizələrə, şikayətlərə cavab verən yoxdur:

Ərizə verə bir adamın pədəri,
Fərzəndinə olmaz zahir əsəri.
Yetmiş ildən sonra nəvadələri
Məgər ondan tapa bir rahi-nicat.

Bax beləcə, Zakirin sərraf gözlərindən heç yayınmamışdır. O şişirtmirdi, gördüyünü yazırdı:

Həddən aşıb bu viladə şərarət,
Hər kim bir görə puluna minnət.
Mu qədəri yoxdur ədlü ədalət,
lakin şöhrəti birayə bir bax.

Qasım bəy Zakirin şeirlərində tipikləşdirmə ümumiləşdirmə çox güclüdür. Ürək dostu, Qafqaz canişininin tərcüməçisi olan Mirzə Fətəliyə ünvanladığı şeir-məktublarında dövrünün seyid-mollasının, baqqalının, tacirinin, darğasının, “tamojnısının sözlə portretini çəkmişdir:

Həramilər kimi yol üstə yatar,
Tamojnada növkər olub mal tutar.
Dünbək çalar, şərab içər... atar,
Feli-bəyzadeyi-tərsayə bir bax!

Dolanır bazarı darğa, kvartal,
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxi-bahəyə bir bax!

Qasım bəy ZakirÇıxmadı qurtlaq dərdü bəladansatirasında çar məmurlarının bizdən çox ermənilərə etibar etdiyini açıq şəkildə bəyan etmişdir:

gündə yaradıb xudavənd bizi,
Bir yana apara bilmədik izi.
Gahi Avanesi, gahi Sərkizi,
Gahi Semyonu görən canımız!

Çox təəssüf ki, Qasım bəy Zakirin bu sayaq xəbərdaredici şeirlərini  oxuyub nəticə çıxarmamışıq, nəticədə  başımıza 20 Yanvar faciəsi gəldi, sonda isə Qarabağ torpaqlarının işğalı baş verdi.

Əlbəttə, bu yazıda mənim məqsədim Qasım bəy Zakirin yaradıcılığını təhlil edib, görünən dağa bələdçilik etmək deyildir. Qasım bəy Zakirin həyatı yaradıcılığı nəinki kiçik bir məqaləyə, möhtəşəm bir romana sığmaz. Mənim məqsədim klassik poeziyanın hər janrında özünü sınamış qadir bir şair olduğunu hər sətrində sübut etmiş Qasım bəy Zakirin 230 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin vacibliyini əlaqədar qurumların, ədəbi ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra elə bir il olmaz ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə klassik yazıçı şairlərimizin ən qabaqcıl nümayəndələrinin yubiley tədbirləri keçirilməsin, onların adlarının əbədiləşdirilməsi, kitablarının yenidən nəşr olunması sahəsində aparılmasın. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili xanım Mehriban  Əliyevanın ölkəmizdə ondan xaricdə  mədəniyyətimizin inkişaf etməsi, təbliğ olunması sahəsində gördüyü işlər təqdirəlayiqdir unudulmazdır.

Arzu edirəm ki, bu il ustad şairimiz Qasım bəy Zakirin 230 illik yubileyi dövlət səviyyəsində keçirilsin, onun evi əsaslı təmir olunaraq muzeyə, yaxud poeziya evinə çevrilsin. Qarabağda dünyaya gəlib (1784–1857) orada yaşayıb-yaradan, 20 ildən artıq bir müddətdə yurdu işğal altında qalan Qasım bəy Zakirin 230 illik yubileyinin keçirilməsi həm   dünya ictimaiyyəti qarşısında işğala, vandalizmə, şovinizmə qarşı etiraz aksiyası olardı.

 





04.08.2014    çap et  çap et