525.Az

“İctimai TV”nin daha bir uğuru


 

“İctimai TV”nin daha bir uğuru <b style="color:red"></b>

Bir ildən çoxdur ki, İTV- həyata keçirilən yeni layihələr, hazırlanan yeni verilişlər çoxsaylı tamaşaçı auditoriyasının rəğbətinə səbəb olub. Bu yeni verilişlərdən biri Media zamandır. İlk olaraq qeyd edim ki, verilişin adı çox dəqiq seçilib. Çünki bugünkü zamanı mediasız təsəvvür etmək çətindir. İnsanların informasiya ilə təmin edilməsi, maarifləndirilməsi, baş verən  hadisələrin media tərəfindən işıqlandırılması əsas amillərdəndir.

Bu il 139-cu ildönümünü qeyd etdiyimiz mətbuatımız çox şərəfli çətin bir yol keçib bu gün azad sözə sahib olaraq fəaliyyətini davam etdirir. Hər il olduğu kimi bu il bu əlamətdar gün münasibətilə dövlət tərəfindən yüksək səviyyəli tədbirlər keçirildi, jurnalistlərin əməyi yüksək qiymətləndirildi. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən mətbuata həm maddi, həm mənəvi qayğının nəticəsidir ki, ölkəmizdə mətbu orqanlarına diqqət ildən-ilə daha da artırılır, bu mövzuda yeni televerilişlər, layihələr həyata keçirilir.

Mətbuat Şurası İctimai TV-nin birgə layihəsi olan Media zamanda belə verilişlərdəndir. Tanınmış jurnalist Akif Cabbarlının redaktorluğu ilə ərsəyə gələn verilişdə mətbuatımızın şərəfli tarixi, bu gününə kimi keçdiyi yol işıqlandırılır. Verilişin müəllifi aparıcısı Əməkdar jurnalist Xalid Niyazov həmsöhbətləri ilə peşəkarcasına ünsiyyət  yaradaraq mövzunu hərtərəfli aspektdə tamaşaçıya çatdıra bilir. İyulun 31- I efirə çıxan verilişin bu dəfəki qonaqları millət vəkili, Əməkdar jurnalist Elmira Axundova, BDU-nun kafedra müdiri, professor, tanınmış jurnalist Ramiz Əsgər, “525-ci qəzetin baş redaktoru, İdarə Heyətinin üzvü Rəşad Məcid Şərqqəzetinin baş redaktoru Akif Aşırlı idi.

Onlar hər biri Azərbaycan jurnalistikasının, mətbuatının inkişafında rolu yeri olan qələm sahibləridir. Verilişdəki süjetdə Milli Tele-Radio Şurasının üzvü, görkəmli tədqiqatçı alim, istedadlı publisist Kaspiqəzetinin təsisçisi Sona xanım Vəliyeva çıxış edərək milli mətbuatımızın ənənələrindən, bu gün qorunub saxlanmasından ləyaqətlə davam etdirilməsindən ətraflı bəhs etdi. Millət vəkili, akademik Rafael Hüseynovun Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında özünəməxsus, maraqlı çıxışı çox yaddaqalan oldu.

Mətbuat gününə həsr olunmuş bayram tədbirində çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qeyd etdi ki, mətbuat söz azadlığı ilə bağlı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş düzgün siyasət bu gün mətbuata söz adamına həmişə diqqət qayğısı ilə seçilən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Hazırda ölkəmizdə azad sözün inkişafı üçün dövlət başçısı tərəfindən hər bir şərait yaradılıb. Verilişdə Əməkdar jurnalist Flora Xəlilzadə çıxış edərək bu qayğı üçün prezidentimizə ona bu sahədə dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi.

Ölkə mediası ilə bağlı  verilişlərin efir həyatı qazanması mətbuat aləmində baş verən hadisələri cəmiyyətə çatdırmaqla yanaşı, həm gənc jurnalistlər nəslinin  bilgilərinin, dünyagörüşünün artmasına öz müsbət təsirini göstərir. Bu mənada İctimai Televiziya Radio Yayımları şirkətinə Media Zamanın yaradıcılarına dərin təşəkkürümü bildirirəm.

Qərənfil Dünyaminqızı

 





04.08.2014    çap et  çap et