525.Az

Sabir Rüstəmxanlı: “Nostalji duyğularımın böyük hissəsi doğulduğum ocaqla bağlıdır”


 

Sabir Rüstəmxanlı: “Nostalji duyğularımın böyük hissəsi doğulduğum ocaqla bağlıdır”<b style="color:red"></b>

Keçmişlə, yaşanmış xatirələrlə ruhən görüşməkdir nostalgiya... Amma bu dəfə keçmişimizə təkcə ruhumuzla yox, fiziki anlamda da səyahət elədik. ÇünkiNostaljinin budəfəki qonağı millətimizin keçmişi, xüsusən son dövr tarixi ilə sıx bağlı bir insandır. Bəlkə elə buna görə bu müsahibədə şəxsi milli nostalgiya bir-birinə qaynayıb-qarışmış, çulğaşmış şəkildə özünü göstərib.

Gözümüz önündə sadəcə bir nəfərə məxsus şəxsi yaşantı silsiləsindən daha çox, bizim hamımızın Keçmişimiz, İndimiz Gələcəyimizlə yer aldığımız birÖmür kitabıvərəqləndi: “...Ara-sıra öz uşaqlıq dünyasına dönə bilmək, ruhun, ürəyin durulması üçün ən səmimi etiraflarını anaların südü laylası ilə qanımıza işləmiş doğma təbiətə, gözümüzü açanda ilk gördüyümüz göylərin mavi sonsuzluğuna, köksümüzü ilk ötürəndə udduğumuz havanın candərmanı ətrinə söyləyə bilmək böyük xoşbəxtlikdir. Mənə elə gəlir ki, uşaqlıq xatirələri idillik bir dünyanın şəklini çəkmək deyil, əksinə, xalq tərbiyəsinin köklərini göstərib, nəyi harda itirdiyimizi araşdırmaqdır. Hər yerin öz nişanəsi, öz əlaməti var...”

Meydan hərəkatının banilərindən biri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətimiz boyu vaxtı zaman anlayışını itirməməyə çalışdıq...

“...Mənə elə gəlir ki, öz ömrümdə həm yurdumun tarixini yaşayıram. Doğulandan ölənə, öz neçə min illik yolu, təcrübəsi, dərdi, qələbə itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən keçir...”

(“Ömür kitabı”)  

Atam mənə həyatı sevdirmişdi, ölümü sevdirdi. Beləcə günlərin birində ömür boyuyoruldum, bezikdimdemədən çalışan, müharibənin sızıltılıyadigarlarına taleyin vurduğu yaralara baxmayaraq övladlarını sınmağa qoymadan mərd, gözütox böyüdən, atam olduğuna görə yox, ağlasığmaz nəcibliyinə görə çox istədiyim bir adamın qaçılmaz ayrılığını seyr etməli, başının üstündə ölümlə nəfəs-nəfəsə dayanmalı oldum...”

(“Atamın ruhu”)

Türkün bir tapınağı da dağlardı. Onu qoruyub ölümdən qurtardığına görəmi, ucalığına, göylərə, Tanrıya yaxınlığına görəmi? Kim bilir...Çox-çox əski çağlara dayandığından, örtülü, açılmaz bir gizlindi...”

(“Göy Tanrı”) 

Atamın canı ağzından çıxanda üzümü qarsalayan hava dalğası yenə az qala səsi duyulacaq bir sürətlə başıma dolandı, dolandı qüsulun sonuncu kəlməsiylə birdən-birə məndən ayrıldı, uçub getdi. Bu, atamın ruhuydu...Zərrə-zərrə havaya qarışdı.Sonra o yenə gələcək, yuxuma, həyatıma...amma belə bütöv yox, zərrələr şəklində. Görünür, bədən torpağa qarışdığı kimi, ruh da bəlli vaxt ərzində əriyib, zərrə-zərrə bizi bürüyən havaya çevrilir. Dünyanı qoruyan hava ölənlərimizin ruhundan başqa bir şey deyil!..”

(“Atamın ruhu”)

Yaşanan duyğuları qəzet səhifələrinə gətirməyin həm yaxşı, həm bir az çətin tərəfləri var. Əslində, yazıçı bütün ömrü boyu yaşadığı nostalgiyanı, xiffəti yazır. Şeirlərimin , nəsrimin böyük əksəriyyəti həm millətimizin keçdiyi tarix baxımından, həm şəxsi ömür yolumun xiffəti ilə doludur, hər yerdə o nostalgiyanın ifadəsi var.

Ömür kitabıəslində mənim ömür kitabım olmaqdan əlavə, həm Azərbaycanın ömür kitabıdır.

Orada mənim öz uşaqlığımla yanaşı, Azərbaycanı anladan, Vətənin taleyi ilə bağlı olan hissələr, millətin keçmişinə tarixdən üzübəri şaquli bir baxış var o keçmişlə bağlı uydurmalara cavablar verilib. Bir üfüqi baxış var- Azərbaycanın coğrafiyası vizual şəkildə olsa da gözdən keçirilir. SondakıDəniz damla olub buluddan keçirfəslində Azərbaycan adlı böyük okeanın bir balaca damlası olan mənim ocağım, evim, doğulduğum kənd, dağlar barəsində söz açılır. Əslində, o hissə daha çox şəxsi nostalgiya duyğusu ilə yazılıb. İnsan kasıb, yaxud bəsit bir həyat yolu keçsə belə, müəyyən yaşa dolduqdan sonra ailə, böyüklər, ata-babalar yada düşdükcə yaşadıqları hamısı insana dəyərli zəngin görünür. Mən balaca bir evdə dünyaya gəlmişəm, uşaqlığım çətin keçib. Təsəvvür edin, doğulduğum kəndə asfalt yolunun çəkilişi bugünlərdə başa çatıb. İşıq, radio, televiziya kimi bugünkü dünya üçün adi olan bir çox texnoloji yeniliklər o kəndə çox gec çatıb çoxu da bizim gözümüzün qabağında olub. Amma buna baxmayaraq, bəlkə o kənd mənim üçün dünyanın ən zəngin bir guşəsi, insanları da dünyanın ən nəhəng, ən böyük adamları idi. Kasıb idilər, amma bu millətin xarakterini, simasını qoruyub saxlayırdılar. Mənim ocağım, doğulduğum yurd Azərbaycanın sifətini, ruhunu qoruyan, neçə minillik gələnək-görənəklərini, adət-ənənələrini qoruyan bir məkandı.  Ona görə nostalji duyğularımın böyük hissəsi doğulduğum ocaqla bağlıdır.

BütövlükdəÖmür kitabıözü artıq mənim üçün xiffət mənbəyinə çevrilib.

Kitabın yazıldığı günlərdə biz hələ Sovetlər Birliyində yaşayırdıq məndə o ittifaq üçün qətiyyən, zərrə qədər darıxma, xiffət, nostalgiya yoxdu, çünki ağlım kəsəndən onun dağılmasını arzulamışam. 16-17 yaşlarımda yazdığım balaca bir şeir dəftəri bu günlərdə rayona gedəndə anamın köhnə sandığından çıxdı, qoruyurmuş. OradaQalx üsyana, ey millət!” tipli şeirlərim var. Bizim içimizdə o üsyankar ruhu, milli şüuru müəllimlərimiz, oxuduğumuz kitablar oyatmışdı. Sərhəd bölgəsində yaşamaq da öz təsirini göstərmişdi. “Ömür kitabının yarandığı dövr üçün qətiyyən xiffət keçirmirəm, çünki o dövr bitməli, imperiya dağılmalı idi. Amma kitabın yarandığı dövrdə içimdə bəslədiyim ümidlərin xiffətini çəkirəm. Mən gözləyirdim ki, sovet ideologiyasından qopmuş, yeni yaranan milli ədəbiyyatımız ən qısa bir müddətdə millətin ümumi xəttinə, düşüncə tərzinə çevriləcək tezliklə o ədəbiyyat millətin köhnə sovet ənənələrinin çökdüyü şüurlarda bir inqilab eləyəcək, yeni yanaşma tərzi olacaq, tariximizin yeni dərki başlayacaq, uşaqlarımızı yeni ruhla böyüdəcəyik... “Ömür kitabıbu ümidlərlə- qatı pərdəni cırmaq, qara buludları dağıtmaq, keçmişin üstündən dəmir qapağı götürmək məqsədilə yazılmışdı. İstəyirdim millət görsün ki, kimdir, haradan gəlir, ona qarşı hansı böhtanlar var, onu necə kiçiltməyə çalışırlar, hansı faciələri yaşayıb... bundan sonra öz həyatını ayrı cür qursun, ayrı cür yaşasın. O dövr böyük ümidlərlə dolu idim, Güney Azərbaycana gedib oranı gəzə-gəzə o kitabın ikinci hissəsini yazmağı da düşünürdüm. O, bəlkə ömrüm boyu yazacağım bir kitab olacaqdı... sonrakı dövrlərdə bəzən axıra kimi duruş gətirə bilməyib torpaqlarımızı qorumağı bacarmayanda, dövlət başçılarının millətə xəyanət elədiyini-əhalinin əlindən ov tüfənglərini yığdığını, kəndləri başsız-yiyəsiz qoyduğunu, Rusiyadan gələn istintaq işçilərinin basqılarını, özüm haqqında qəsdən uydurma cəfəngiyyatları yaydıqlarını görəndə, arxadan atılan güllələrə tuş gələndə bildim ki, o kitabı yazarkən bəslədiyim ümidlərimin bir hissəsinin doğrulmağına hələ çox qalır...

Amma bununla yanaşı, 1988-ci ilin erməni xəyanəti, torpaq iddiaları başlananda o kitabın təsirini gördüm. O vaxt həmin kitab bütün metro çıxışlarında satılırdı. Birinin evində 4 qızı vardı, cehiz vermək üçün hərəsinə birini alırdı. Sonra boynumuza kəfən geyib getdiyimiz Meydan HərəkatındaÖmür kitabının oradakı insanların çoxunun meydana gələn yolunu açdığının, onlara təkan verdiyinin şahidi oldum. Onda zavodlarda, fəhlə yataqxanalarında, universitetlərdə, ail məktəblərdə, bölgələrdə kitabın müzakirələri bəzən bir gündə 2-3 yerdə keçirilirdi. Min nəfərin toplaşdığı salon bir şeirimizlə, bir sözümüzlə ayağa qalxırdı...Hər halda xalq Meydana öz haqqını müdafiə eləməyə bir o haqqı müdafiə eləyən sözün işığına gəlmişdi. O tribunada, o kürsüdə dayananda pilləkən olmaya-olmaya uşaqların necə atılıb dırmanmaları, avtoqraf istəmələri, sonra kitabı əllərində bayraq kimi tutmaları bir yazıçının ömrü boyu yaşayacağı ən böyük xoşbəxtlikdir mən bu xoşbəxtliyi Meydana gələn yollarda yaşamışam. Bir kitabın o boyda təsirini görmək bir yazıçı üçün əslində bütün ömrü boyu nostalgiya hissi yaşamağına bəs eləyir. Kitab mağazalarından ermənilər o kitabdan onlarla alıb Yerevanda Teatr Meydanında, Xankəndində tonqal çatıb yandırır, güllələyirmişlər... Yəni o kitabın düşmənləri var idi. Əslində elə o da mənim məqsədlərimdən biri idi ki, ermənilər orada özlərini görsünlər, güzgünü sındırmaq əvəzinə özlərini düzəltsinlər, öz yazdıqları kitabların qədər mənfur xislətli olduğunu, yalan mənbələrə, uydurma tarixlərə söykəndiyini nəhayət, dərk etsinlər. Şübhəsiz, o dövrün həm sevincini, həm ağrısını ömrümüz boyu yaşayacağıq...

 Ömür kitabımənim şəxsi həyatımın nostalgiyasıdır...

Məndə milli tariximizin nostalgiyası da var. Yəqin ki, bütün xalqlar öz keçmişi üçün həsrət çəkir, həmişə o keçmişi ideallaşdırmağa, böyütməyə çalışır.Bu, bəlkə normal bir şeydir. Dünya ədəbiyyatına da nəzər salsaq, Homerin poemalarında da, 3 min il bundan əvvəlin yazılarında belə onlar da özlərindən əvvəlki dövrün həsrətini çəkirlər. Qədim Misir Şumer yazılarında da zəmanədən, gənclərin yaşlıları bəyənməməyindən şikayətlənirlər. İndi belə deyirlər, görünür bu, daima belə olacaq.İnsan gələcəyini bilmir, amma keçib gəldiyi keçmişi, onun yaxşısını-pisini görür həmişə yaxşıların həsrətini çəkir.

Göy Tanrımillətin milli nostalgiya kitabıdır.

Orada oğuzların bir cahan dövləti qurduqları Doğudan, Çindən başlayıb mərdliklə, kişilklə, ağılla Avrasiyanı bürüdükləri bir vaxt təsvir edilib.Onlar sehirli, göydən gələn bir qüvvə, Allahın yer üzündə ordusu kimi hər yerə ədalət, düzlük, haqq aparıblar. Ona görə oğuzları hər yerdə sevinclə qəbul ediblər.Onların bildikləri ədaləti, qurduqları dövlət sistemini o biri xalqlar bilmirdilər. O kitabda adı çəkilən Yağmur Daşı türklərin mifologiyasında çox böyük yeri olan bir anlayışdır. O daş Ərdəbildə olub. Yağış yağmayanda onu meydana çıxarıb döyəcləyib xüsusi mərasim keçirirmişlər, ondan sonra yağış yağırmış.Sözarası deyim ki, bu sirlər hələ açılmayıb. Bu sirlə bağlı bir nostalgiyam var... Kəndimiz Ağçayla Qaraçayın ortasında yerləşir.Kəndin arxasında da Qoşunyurdu deyilən böyük bir yurd var. Şah İsmayıl ova gələndə qoşununun oturduğu bir yerdi.Kəndimizin yanında bir Heyvan piri var. Üstündə niyyət tutub heyvan kəsildiyinə görə belə adlanırdı. Yadıma gəlir, 5-6 yaşım olanda uzun müddətdi kəndə yağış yağmırdı.Yağışın yağması üçün camaat orda qurban kəsməyi niyyətlədi.Gənc, igid bir dayım vardı, kəndin əks istiqamətinə özlərinin bizim qoyunlarımızı otarmağa aparırdı. Həmin dayım dedi ki, gəl, bir yerdə gedək qoyunları otarmağa. Hətta əlimdən yapışdı. Getmədim, çünki qurban kəsilməsi mənim üçün maraqlı idi, ona baxacaqdım, yoxsa gedərdim. Anam da dayıma dedi ki, işin olmasın, getmirsə, aparma, özün get. Dayım tək getdi...Qurban kəsilib paylanandan təxminən 1 saat sonra göyün üzünə qara bulud gəldi görünməmiş bir leysan başladı. Təxminən saatyarımdan sonra da xəbər gəldi ki, dayımı sel aparıb...

Adını çəkdiyim o Heyvan pirində daşlar var. O daşlar nədirsə, onlarda bir sirr var o, yağmur yağdırır...

HəmÖmür kitabı”, həm Göy Tanrı  elə nostalgiya kitablarıdır. Biri uzaq keçmişin, o biri Azərbaycanın, böyük türkçülüyün nostalgiyasıdır.

Mənim ruhumu ən çox tərpədən dağlardır.

İçimdə bir dağ kultu, dağa sitayiş var. Dağlara gedəndə hansı bulağın başında hansı arzularla oturduğum da yadımdadır...Bəzən gedib o yerləri axtarıram.Elə bilirəm, heç dəyişməyib, hər şey öz qaydasında qalıb. vaxtsa yaşadığım, çoxdan tərk elədiyim bir evə girəndə elə vaxt olub ki, görmüşəm, divarlar başıma dolanır... Ümumiyyətlə, göz yaddaşım yaşadığım hisslərin yaddaşı çox güclüdür. 30 il əvvəl keçdiyim cığırla addımlayanda o vaxt hansı hisslər keçirdiyimi, hansı duyğular yaşadığımı xatırlayıram.  Mənim üçün nostalgiya məkanla yanaşı, həm insanlarla ehtiva olunur.Həsrətini, xiffətini çəkdiyim adamlar var...Adam həmişə öz valideynlərinin həsrətini çəkir.

Valideynlərin sözü, nəfəsi, bəzən hətta tənbehi üçün darıxırsan... 

Biz onların tayı ola, onlar kimi yaşaya bilmərik. Onlar tamam ayrı bir həyatdan gəlmişdilər... Kəndin icma həyatı, bütövlüyü üçün darıxıram.Kənddə birlik havası vardı.Camaat birgə çalışırdı, xeyir-şər bir yerdə olurdu.İndi gedəndə o icmanı çox axtarıram.Ata-ana ilə birgə onların bir çoxunun sehri dağılıb gedib. O sehr gedib, ancaq gərək  növbəti nəsillər üçün o sehri biz özümüz yaradaq. Yadıma gəlir, kənddə xalq teatrı vardı, bayramdan bayrama teatrlar olardı, camaat üz-gözünü qaralayıb geyimini dəyişib müəyyən süjetlər ətrafında tamaşalar göstərərdi.Kəndin özünə Bakıdan ilk kinonun, ilk teatrın gəldiyini xatırlayıram.Çox gözəl məktəbimiz vardı, 30-cu illərin yadigarı olsa da, bölgədə o cür gözəl məktəb yox idi...Yardımlıda elə kəndlər vardı ki, Sovet İttifaqı dağıldı, amma o kəndlərdə bilmədilər, sovet hökuməti gəlmişdi ya gəlməmişdi? 

Dostluqlar vaxtın qədrini bilmədiyimiz dövrlərdə yaşanıb...

Dostlar azalıb...Rayonda çox az dostum qalıb. Bir yerdə oxuduğum dostlardan ədəbiyyat müəllimi İbad müəlim var, o həm gözəl müğənnidir, indi yanıma gəlib-gedir. Bakıya gələndən sonra dost olduğum adamlar var. Təəssüf ki, bir hissəsi dünyasını dəyişib. Amma o dostluq mənasında ki, hər gün göruşəsən, hər gün bir yerdə olasan- belə dostluq bu gün mümkün deyil.İndi elə bil insanların dostuna sərf elədiyi vaxta heyfi gəlir. Sonrakı dövrlərdə biz dost oluruq, yaxınlığımızı, hisslərimizin doğmalığını bilirik, amma dost kimi hər gün bir yerdə olmağa vaxt çatmır. Artıq dünyasını dəyişmiş Siyavuş Sərxanlı, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Eldar Baxış ilə dostluğum olub.1-ci kursdan bəri Ramiz Rövşən, Çingiz Əlioğlu, Rustəm Behrudi, Kamal Abdulla, İntiqam Mehdizadə, Hidayətlə dostluq eləyirəm. Yaşda məndən böyük olsa da həmişə bir yerdə olduğumuz Söhrab Tahiri, Musa Yaqubu, Məmməd Aslanı özümə dost bilirəm. Lənkərandan Musa Babayev, Əli Bayramlıdan şair Tofiq Hüseynov kimi dostlarım var. Baxmayaraq ki, çox tez-tez görüşmürük, amma dostlarımla o illərin havasını qoruyub saxlaya bilirəm. Elə dostlarım var ki, 40-50 ildir dostuq, aramızda zərrə qədər inciklik olmayıb.

vaxtsa uzaqlaşdığım adamlar, tərk elədiyim xanımlar var...

Onlar inciyib küsüb getməliydilər bəlkə, amma illər keçib, 20-30 il üzünü görməsəm , o illər ərzində harda olsam, axtarıb tapıb davamlı mənə zəng ediblər. O cəhətdən mən özümü dostluqda, yoldaşlıqda etibarlı adam hesab edirəm. Mərhum Fərman Kərimzadə sağ olanda hər gün onunla bir yerdəydik. Az qala bütün Azərbaycanı onunla birgə gəzib dolaşmışdıq. “Ömür kitabında da bu var. Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli mənim az qala mifik bir dostluq qrupumuz vardı. Bizə bəzən Yazıçılar Birliyindəvelikolepnaya troykadeyirdilər.Günlərlə bir yerdə olurduq, boş vaxtlarımızı birgə keçirirdik, şahmat oynayırdıq, yazılarımızı bir-birimizə oxuyurduq, yaradıcılıq evlərinə bir yerdə gedirdik.Bunlar hamısı o günlərin acılı-şirinli xatirələrindəndir. Sonra Nüsrət aramızdan getdi, o mifik üçlük, o birgəlik dağıldı...  

Çox təəssüf ki, sonradan qazandıqlarımız itirdiklərimizin heç hamısının yerini doldurmur.

Zaman ötdükcə itirilən gəncliyin yerini qocalıq, kənd həyatının təmizliyinin yerini şəhərin mürəkkəb havası, polad kimi sağlamlığın yerini yanından yel keçəndə xəstələnmək, uşaqlıq dostlarının yerini mənfəətpərəst, öz gəlirini-çıxarını düşünən bic-vələdüzna yoldaşlar, ümidlərin yerini acı reallıqlar alır. Bəzən itirilən bir gün həftə qədər, aylar il qədər uzun görünür, amma onun yerinə ay qədər sürətlə keçib gedən illər gəlir-yəni, çox təzadlı bir itirmə-qazanma prosesi gedir... Mən 13 yaşında evimizdən çıxıb rayon mərkəzinə, 17 yaşında da ordan Bakıya gəlmişəm. Elə o vaxtdan üzü bəri bu sıxıntılar- evsizlik, ehtiyac, ana xörəyi yeməmək, doğma üzləri görməmək, şəhər həyatı, buranın bizim yerlərin havası, suyu ilə müqayisə olunmayan havası, suyu, adamlarının münasibətləri ömrümüzü baltalamaqla məşğuldu...Hələ ki, o ilk illərin, o kəndin verdiyi sağlamlığın, bəlkə genetik sağlamlığın hesabına duruş gətiririk 

Keçmişi xatırlayırsansa, ondan ibrət almalısan...

Ən azı bilirsən ki, bu gün vaxtsa keçmişə dönəcək.Bir vaxt kimlərsə bu günü o cür xatırlayacaqlar. Bu günü yaşayanda  gərək keçmişdə elədiyin səhvlərə yol verməyəsən. Çalışasan ki, başqa cür yaşayasan. Öz uşaqlarımıza o keçmişi, tərk edib gəldiyi o yurdları  sevdirməliyik. Azərbaycanı gəzəndə köçürülmüş köhnə yurd yerlərini, tərk olunmuş kəndləri, Ermənistanda qoyub gəldiyimiz yurdları düşünəndə, Dağıstanda azərbaycanlıların yaşadığı indi boşalmaqda olan, yurddaşlarımızın azaldığı obaları görəndə, Gürcüstanda, Güney Azərbaycanda yaşayan soydaşlarımızla qarşılaşanda  (bu yaxınlarda Doğu Türküstana-Urumçi Kaşqara da getmişdim) ürəyim ağrıyır. Harda türkün izini görürəmsə, bu, həm qürur, həm ağrı yerimdi... Düşünürəm ki, biz niyə bu boyda dünyamızı, bu böyük şöhrətimizi qoruya bilməmişik?Niyə Azərbaycan bu bölgənin ən böyük xalqı, o boyda tarixin sahibi ola-ola buna yiyə çıxıb saxlaya bilməyib?Orta əsrlərin fəlsəfə tarixinə, təsəvvüf ədəbiyyatına, yaranmış çoxlu cərəyanlara nəzər salanda görürəm ki, hamısının mərkəzində Azərbaycanın böyük şəxsiyyətləri dayanıb. 

Azərbaycan türk dünyasının ruh mərkəzidir.

Bura qeyri-adi sehirli bir məkandır. Bir çuvaş şairəsi ilə söhbətimiz zamanı o dedi ki, (sonralar o, mənim qonağım olaraq Bakıya gəlmişdi) uşaqlıqda həmişə Azərbaycan sözünün özü sehirli təsir bağışlayırdı, məni özünə çəkirdi. Ancaq belə bir yer bizim laqedliyimizin, öz birliyimizi qoruya, iradəmizi ortaya qoya bilməməyimizin, qurban getmək, şəhid olmaq vərdişlərimizi unutmağımızın sayəsində paramparça olub, bir parçası da bir ovuc erməni tərəfindən işğal olunub. Həmişə bizim əlimizə baxan, qapımızı qoruyan, zəmilərimizi biçən erməni kilsə küncündə özünə yalançı tarix uydura-uydura, olmayantarixləri uşaqlarının beyninə yeridə-yeridə, dünyanı da o yalanlara inandıra-inandıra indi gəlib Azərbaycanın qabağında at oynadır...Bu, çox üzücüdür...Ona görə bundan sonra elə yaşamalıyıq ki, sabah gələcək nəsillərimiz  bizim elədiyimiz səhvlərə görə utanmasınlar bugünün yaxşı tərəflərinin nostalgiyasını xatırlasınlar.

 





04.08.2014    çap et  çap et