525.Az

Mütəxəssislər xəbərdarlıq edir: "Facebook"a şəkil yükləməyin


 

Mütəxəssislər xəbərdarlıq edir: "Facebook"a şəkil yükləməyin<b style="color:red"></b>

Sosial şəbəkədə yüklədiyiniz çimərlik şəkillərini pornoqrafik saytlarda görərkən təəccüblənməyin.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, internetin tənzimlənməsi ilə əlaqədar fəaliyyət göstərən təşkilatlardan biri “Facebook” sosial şəbəkəsində yüklənən şəkillərin pornoqrafik saytlara əlavə olunduğu haqda informasiya verib.

Mütəxəssislər gənclərin bu məsələlərdə sadəlövh addım atdıqlarını bildiriblər. Onların fikrincə, belə şəkilləri sosial şəbəkələrə yükləmək çox asandır. Amma gənclər başa düşmürlər ki, sonradan bu fotoların silinməsi demək olar mümkünsüzdür:

“Onlar sosial şəbəkələrdə yerləşdirdikləri fotoların sonradan hansı aqibətlə üzləşəcəyi haqda düşünmürlər. Bəzi pornoqrafik saytlar bu şəkillərdən öz internet resurslarında istifadə edirlər".

Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et