525.Az

Dünya boyda sevgi payın var sənin


 

Dünya boyda sevgi payın var sənin<b style="color:red"></b>

Çox bəyənməsəm ,  bu sualları tez-tez verirlər şairlərə: “necə oldu ki, şeir yazmağa başladız?”, “şeir nədi?”, “şeir ən çox sevincdən, yoxsa kədərdən yaranır?” Əbülfət Mədətoğlunu oxuyanda nədənsə bu suallar yadıma düşür. Düşünürəm ki, Əbülfətin şeirləri daha çox kədərdən yazılır. Sonra düşünürəm ki, şeir elə kədərdən yaranır. Yəni şeir baxdığımız yox, gördüyümüzdü, duyduğumuzdu, hiss etdiyimizdianlamaqdı əslində. Şeir, ümumiyyətlə, gözündən içinə keçən varsa, yaşamı, həyatı, insanları görməkdi, olduğu kimi görmək, anlamaqdı. təəssüf ki, gördükcə, anladıqca daha çox kədərlənərsən. “Nədənsə kədər mənə daha doğmadı”, “nəyi itirəcəm qorxam təkliyimdən savayıdeyərsən. Əslində, hər kəsin öz təkliyi var, hər kəs yalnız olur milyonların içində. Bu təbiidi, bu doğaldı, bu realdı, yaşayançün, anlayançün bu, qaçılmazdı. Bu zaman özünlə olursan, təkcə özün olursan: ...sığınıb bir otağın küncünə susmuşam... özümdən başqa heç kimlə danışmıram. Düşünməyin ki, kimdənsə, ya da dünyadan küsmüşəm... yox, sadəcə indi daha çox ətrafla anlaşmıram odur ki, susaraq gözləyirəm...


bu elə poeziyadı, şeirdi. Dərdi olmayanmı var? Təbii yox. Amma şair deyil hamı desin ki: “qurtulmaq çətindi dərddən, acıdan, hər addım başında üzünə durur”, ya da

 

Ovub qoydun ortaya,dərdimi sünbül kimi,

Fırlanıram başına havalı bülbül kimi.

 

Həyatı ancaq özü üçün yaşayanlar, məsələn, aclığı yalnız özü ac qalanda yaşayan bu aclıq üzündən hər kəsi, hər şeyi tapdamağı bacaran heç vaxt şeir, ya nəsə maraqlı bir hekayə yaza bilməz. Bu heç onun ağlına da gəlməz. Bunu insanın kim olduğunu anlayan edə bilər. Çünki onugözlərini yummağa qoymayan bir qəhər varhəmişə.

 

Dan yeri söküləndən oturmuşam dərdlərin

Qapısının ağzında...

Baxdıqca izlərini görürəm əritdiyim

illərin hamısında.

 

başqalarının həyatını ağırlaşdıranları dahəyatımı alt-üst edən qəlbi saxta varəllərini ürəyimin qanıyla yuyanları da şair görər. şair deyər ki, “adamlardan itki kimi get”.

Kiprik ucundakı yaş dünyada ən ağır daş - bunu da şeir bilər.

 

Kədər göy qurşağıtək kəsib keçir içimdən.

Sıx gözünü ovcuma, susamışam içim mən.

 

özünü sorğu-sual etməyənlər, yəni cavab verə bilməyəcəkləri suallarla dolu həyat yaşayanlar şeir yazar, şeir oxuyar, kimsəyə sevinc yaşatmaq, ya gərək olmaq üçün yaşayar.

 

Anlaya bilmirəmqoyuram qarşıma

Papağımı yox, özümü...

başlayıram sorğu-suala.

 

Bilmirəm, özünü qarşısına qoyub sorğu-sual edənlər qədərdi, amma bilirəm ki, var. Onlar fərqlidiləronlar İNSANDILAR. Mənimçün Əbülfət bəy fərqli biridi. Dost bildiyimdi, dost dediyimdi. İllər ötəndən sonra gördüyümdə doğmalıq hiss etdiyimdi. İndiki cavanların bir çoxundan fərqli olaraq yalnız qədəh vurmaqdan yaranan dostluq deyil bu. Yəni heç düşünə bilmirəm ki, Əbülfət sərxoşluq etməklə özündənhamıdan ağıllı qəhrəman şairobrazı yaratmaq istəyər. Çünki bilir ki, bu şair olmaqdı, qəhrəman olmaqdı, istedadlı olmaqdı, yaşamaqdı...

Bir ömrüm var uduzduğum udduğum,

Günlərini saymaq indi nağıldı.

Ay diz çöküb ətəyindən tutduğum,

Niyə mənim yurdum-yuvam dağıldı? –

 

deyən şair elə öz həyatıyla, yazılara köçürdüyü, köçürə bilmədiyi duyumu ilə, sevgisi, ayrılığı, həsrətiylə sözdü, söz sahibidi. Onun şerlərində, yazılarında heç kəsdən ağıllı görünmək, nəsihət vermək iddiası yoxdu. Əbülfət Mədətoğlu sadəcə, oxucuyla danışır, dərdləşir. Oxucu özü anlayır onun ağlını da, demək istədiyini . Çünki o şeirlərində özüdü: “Mən yazdığım şeirlər elə mənim özüməm”. Əbülfət öz qızını gözüyaşlı qoyub tanıyıb-bilmədiyi, görmədiyi bir qızcığazın göz yaşından yaza bilməz. Bilir ki, bu poeziyaya saxtakarlıq gətirməkdi, sözə yalan donu geyindirməkdi. Bilir ki, oxucu bunu hiss edəcək, anlayacaq. Söz onunçün qiymətlidi.

 

Sözü mən necə deyim sahibi göydə tutsun,

Kobud, ya incə deyim, onu yerdən götürsün.

Səslər, hecalar belə ürəyə xal salmasın,

deyim ki, söz elə ortalıqda qalmasın.

 

Elə alınmasın ki, Əbülfət kədərindən yazır. Bu onun kədəri deyil, “yanmaq boyuna biçilən ürəklərin” –Vətən həsrətli, yerini-yurdunu tapa bilməyənlərin, namərdliyi, ədalətsizliyi, haqsızlığı görənlərin, sevgini qoruyanların kədəridi. “Sevgimi dilsiz edən bir dil arzusundayam”, “ilahi eşq dünyada bir səndədi, bir məndə” – deyir, sevgidən yazır. bütün bunları yaşayır. Bütün bunları yaşayanların yaşamaqdan, yaşamaqçün çarpışmaqdan bezdiyi anlar olur.”Niyə mən?” sualıyla üzbəüz dayanıb əlbəyaxa olduğu zamanlar olur Əbülfət kimi:

 

...Mənim adım, bütün həyatım,

bir misram da çörəyə çevrilmədi,

ev olmadı, pul olmadı...

şairin yarımçıq şeiri kimi

qaralanmış kağız parçasına çevrildi

atıldı zibil qutusuna.

 

Bəlkə doğurdan ürəyimiziürəyinizibil qutusueləmək lazım deyil. Yəni nadanlığı, xəyanəti, haqsızlığı, torpaq, Vətən acılarını ürəyə yükləmək lazım deyil? Axı, ürəklərinitəmizcəsaxlayanlar var. Ancaq özüyçün yaşayanlar var. Bacarmaq olarmı? Bacararsanmı? Mən SƏNƏ demək istəyirəm ki, sənin misraların həmişə ac olduğumuz çörəyə çevrilib. Hamısının da evi var. Hər oxucu ürəyi onların evidi. bu misralar anlayan üçün xərcləndikcə bitməyən vardövlətdi. Bir ...Bir  

 

Mən kədəri hərdənbir gülən görmək istədim,

Baş qoyub dizim üstə ölən görmək istədim

 

deyən Əbülfət Mədətoğluna onu sevənlərə, onun kimi sevənlərə, yaşayanlara kədərlərinin ölməsini arzulayıram. İnanıram kibu günlərin birində dərd öləcək əlində”. bir unutma ki, dediyin kimiDünya boyda sevgi payın var sənin”.

 

P.S. Əbülfət MədətoğlununMənim kimi sevə bilsənkitabını oxuyurdum. Ondan yazdım.

 





04.08.2014    çap et  çap et