525.Az

Prezident məktəbdəki yenidənqurma işləri ilə tanış olub


 

Prezident məktəbdəki yenidənqurma işləri ilə tanış olub<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir.

Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.

Prezidentə  Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verilib.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxıb, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulanıb.

 





04.08.2014    çap et  çap et