525.Az

Nazirlikdə yeni təyinat


 

Nazirlikdə yeni təyinat<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyində yeni şöbə müdiri təyinatı olub.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İ. Hüseynov İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
 
İ. Hüseynovun Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindəki vəzifəsinə hələlik təyinat olmayıb.
 
Nazirliyin İncəsənət şöbəsinin sabiq müdiri Fərəh Əliyeva prezidentin mayda imzaladığı müvafiq sərəncamı ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub.
 
Qeyd edək ki, İsmayıl Emil oğlu Hüseynov 1983-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin məzunudur. O, 2006 - 2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsul vəzifədə çalışıb, 2010 - 2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsini icra edib.
 





04.08.2014    çap et  çap et