525.Az

Nazirlik kiberhücümlarla bağlı xəbərdarlıq edib


 

Nazirlik kiberhücümlarla bağlı xəbərdarlıq edib<b style="color:red"></b>

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ETM internet istifadəçilərinə növbəti xəvbərdarlığını edib.

Lent.az-ın məlumatına görə, son günlər cəbhədə yaranmış gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verir. Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır.

Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir.

Azərbaycanın informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini bildirir. Belə ki, kiberhücumlardan mühafizə üçün vətəndaşlar hər hansı insidentlə qarşılaşdığı təqdirdə ETM-ə müraciət edə bilərlər.

Bu məqsədlə ETM-in qaynar xətti: 1654, e-poçt: [email protected] və ya www.cert.az ünvanından faydalanmaq mümkündür.

 





04.08.2014    çap et  çap et