525.Az

“Sovetski” sakinləri üçün pulsuz xidmət


 

“Sovetski” sakinləri üçün pulsuz xidmət<b style="color:red"></b>

Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2200-ə çatıb.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. O bildirib deyib ki, 1704 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1634 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
 
Komissiya sədri söküntü ərazisinə düşən 3 410 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 841 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb: “Artıq ölçmə işləri aparılan mənzillərin və qeyri-yaşayış sahələrinin sahiblərinin 50 faizi razılaşma protokolu üçün bizə müraciət edib.

Bu gün ölçmə işlərinin aparıldığı qalan 50 faizlə razılaşdırma protokolunun imzalanmaması o demək deyil ki, onlar müəyyən edilmiş şərtlər alqı-satqının aparılmasını istəmirlər. Bu, sadəcə, həmin şəxslərin mənzil və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmə işlərində problemlərinin olmasından qaynaqlanır. Əsas problemlər odur ki, vaxtilə rəhmətə gedən şəxsin vərəsələrinin adına sənədləşmə aparılmayıb, vərəsələr arasında pay bölgüsü mövcud deyil. Yaxud faktiki yaşayanlar və mülkiyyətçilər arasında anlaşılmazlıqlar var”.

 





04.08.2014    çap et  çap et