525.Az

Türkiyə parlamentində yumruq-təpik davası


 

Türkiyə parlamentində yumruq-təpik davası<b style="color:red"></b> 9 günlük bayram fasiləsindən sonra işə başlayan Türkiyə parlamentində münaqişə baş verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri arasında mübahisə yumruq-təpik davasına çevrilib.
 
Mübahisəyə səbəb İŞİD məsələsi olub. Müzakirələr zamanı MHP-li millət vəkili Sinan Oğanın fikirlərinə etiraz edən AKP-li deputatlar bunu çox sərt formada ifadə ediblər. Nəticədə tərəflər bir-birinin üstünə gedib və mübahisə yumruq-təpik davasına çevrilib.
 
Sinan Oğanın ciddi xəsarət aldığı bildirilir.
 





04.08.2014    çap et  çap et