525.Az

Ordumuz daha iki əsgərini itirib - Yenilənib


 

Ordumuz daha iki əsgərini itirib - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Ordusunda daha bir silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

*** 10:27

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 





05.08.2014    çap et  çap et