525.Az

İmişliyə iki milyon ayrıldı


 

İmişliyə iki milyon ayrıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İmişli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 





02.11.2012    çap et  çap et