525.Az

FİFA Suaresin cəzasını yüngülləşdirmədi


 

FİFA Suaresin cəzasını yüngülləşdirmədi<b style="color:red"></b>

FİFA Apelyasiya Komitəsi Luis Suaresin millidəki doqquz matçlıq cəzasını da qüvvədə saxlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komitə oyunçuya verilən cəzanı azaltmayıb.

Qeyd edək ki, bundan əvvəl FİFA Apelyasiya Komitəsi Suaresin dörd ay futboldan kənarlaşdırılması ilə bağlı cəzasını yüngülləşdirməmişdi.

Xatırladaq ki, Uruqvay millisinin hücumçusu Suares "DÇ-2014"də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.

 





05.08.2014    çap et  çap et