525.Az

Kürdə batan ailənin 4-cü üzvünün də meyiti tapıldı


 

Kürdə batan ailənin 4-cü üzvünün də meyiti tapıldı<b style="color:red"></b>

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərin hamısının meyitləri tapılaraq sudan çıxarılıb.

Qazax rayon İcra Hakimiyyəti aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə avqustun 2-də rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib. Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür çayının kənarına gedib. Tofiq Civişovun 1998-ci il təvəllüdlü oğlu Rafiq Civişov ehtiyatsızlıqdan çayda boğulmağa başlayıb. Onu xilas etməyə çalışan anası - 1969-cu il təvəllüdlü Pərvanə Civişova, Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişova da özlərini suya atıblar. Onların dördü də çayda batıb.
 
Əraziyə gələn FHN-in “Aran” Dalğıc Axtarış Qrupunun əməkdaşları avqustun 3-də Pərvanə Civişovanın və oğlu Rafiq Civişovun meyitlərini sudan çıxarıblar. Avqustun 4-də səhər Gülmirə Civişovanın meyiti Kürün Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu gün səhər isə ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın meyiti tapılaraq sudan çıxarılıb.

 





05.08.2014    çap et  çap et