525.Az

Bakıda bədbəxt hadisə: ölən var


 

Bakıda bədbəxt hadisə: <b style="color:red">ölən var</b>

Hadisə Nəsimi rayonunda baş verib.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsində 1981-ci il təvəllüdlü Nəbiyev Tərlan Bəxtiyar oğlu işlədiyi tikinti sahəsində hündürlükdən yıxılıb.

Göyçay rayon sakini olan və Bakıda fəhləlik edən 33 yaşlı T.Nəbiyev ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

 





05.08.2014    çap et  çap et