525.Az

Ermənilər Azərbaycan Ordusunun gizirini yaralayıblar


 

Ermənilər Azərbaycan Ordusunun gizirini yaralayıblar<b style="color:red"></b>

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
 
Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.

 





05.08.2014    çap et  çap et