525.Az

Şəmkirdə maliyyə idarəsinin rəisi bələdiyyə sədrinin müavinini bıçaqlayıb


 

Şəmkirdə maliyyə idarəsinin rəisi bələdiyyə sədrinin müavinini bıçaqlayıb<b style="color:red"></b>

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün baş verib.
 
Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib.
 
Hazırda onun vəziyyəti normaldır.
 
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 





05.08.2014    çap et  çap et