525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?

Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bakı və Abşeron yarımadasında sentyabrın 8-də dəyişkən buludlu hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, axşam isə hava şəraitinin dəyişiləcəyi, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

 





07.09.2012    çap et  çap et