525.Az

Ölkəyə maşın gətirmə qaydaları yenə sərtləşdirildi


 

Ölkəyə maşın gətirmə qaydaları yenə sərtləşdirildi<b style="color:red"></b>

Avqustun 16-dan etibarən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına müvəqqəti gətirilməsi qaydaları sərtləşdirilir.

Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtomobillərin geri qaytarılma müddətlərinə riayət edilməməsi halları artıb.
 
Bununla əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.

Bundan sonra avtomobillərin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkarlandıqda və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.

 





05.08.2014    çap et  çap et