525.Az

Azərbaycanlı iş adamı Türkiyənin məşhur otelini aldı


 

Azərbaycanlı iş adamı Türkiyənin məşhur otelini aldı<b style="color:red"></b>

Qabil Həsənov Türkiyədə beş ulduzlu otel şəbəkəsi yaradır.

Azərbaycan əsilli iş adamı Qabil Həsənov Türkiyədə “Tez Tour” şirkətinə məxsus olan, Sidedə yerləşən beş ulduzlu “Amara Beach Resort Comfort” oteli alıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 208 nömrəsi olan otelin satış qiyməti barədə məlumat verilmir.

“Amara Beach Resort Comfort” oteli bundan sonra “Alvadonna Beach Resort Comfort” adı altında xidmət göstərməyə davam edəcək. Satış barədə məlumat otelin saytında da yerləşdirilib.

Qeyd edək ki, Qabil Həsənovun Antalyanın Belek rayonunda da “Alva Donna” adında beş ulduzlu bir oteli var

 





03.11.2012    çap et  çap et