525.Az

Odessada azərbaycanlılar və ermənilər arasında kütləvi dava, yaralılar var


 

Odessada azərbaycanlılar və ermənilər arasında kütləvi dava, yaralılar var<b style="color:red"></b>

Odessanın “Sedmoy kilometr” bazarında azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində dörd nəfər ağır bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Davanın digər iştirakçıları polis tərəfindən saxlanıb. Saxlanan şəxslərdən bıçaq, armatur, taxta dəyənəklər götürülüb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin şahidləri davada azərbaycanlılar və ermənilərlə yanaşı türklərin də iştirak etdiyini bildiriblər. Polisin rəsmi məlumatında davanın bazara nəzarət üstündə baş verdiyi qeyd olunur.

 





03.11.2012    çap et  çap et