525.Az

Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq


 

Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq<b style="color:red"></b> Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək.
 
Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki Baş Konsulluğun dəstəyi ilə təşkil olunur.
 
Qeyd edək ki, Q. Qarayevin 1952-ci ildə Nizami Gəncəvinin eyni adlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.
 
 





06.08.2014    çap et  çap et