525.Az

Gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin olunub


 

Gecikdirilmiş sosial xarakterli ödənişlərin ödənilməsi təmin olunub<b style="color:red"></b> Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 20 409 manat məbləğində sosial xarakterli ödənişlərin ödətdirilməsi təmin edilib.

525.az-ın nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bu məbləğin 17 954 manatı əmək haqlarından,  1499 manatı zərərə görə ödənclərdən, 956 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. 

Həmçinin son bir ayda DƏMX tərəfindən ayrı-ayrı müəssisələrdə həyata keçirilən dövlət nəzarəti zamanı qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 82 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.  

Qeyd olunan müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 34 kollektiv müqavilə bağlanılıb. 
 





06.08.2014    çap et  çap et